Odessa limanını tərk edən Ukrayna taxılı ilə yüklənmiş "Razoni" yük gəmisi İstanbula çatıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə bildirib.
"Qarğıdalı ilə yüklənmiş "Razoni" quru yük gəmisi Qara dənizdən Bosfor boğazına çatıb. Gəmi ona ayrılan yerdə lövbər salıb", - nazirliyin açıqlamasında bildirilir.