Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanı "vurmaq" istədi, özünü çətinə saldı...
Avropanı "vurmaq" istədi, özünü çətinə saldı...

Avropaya qaz axınını xeyli azaldan Rusiya atdığı addımın nəticələri ilə üzləşməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın enerji nəhəngi "Qazprom"un gündəlik qaz hasilatı 2008-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə çatıb. Ekspertlər iddia edirlər ki, enerji müharibəsində ən çox zərər çəkən tərəf Rusiya olacaq.

Avropanın qaz ehtiyacının yüzdə 40-ını qarşılayaraq qitənin ən əhəmiyyətli təchizatçılarından biri olan Rusiya Ukrayna müharibəsinin başlaması ilə başlanan enerji böhranında indiyə qədər qalib olub. Avropa qiymət artımı səbəbindən ciddi bəlaya düçar olduğu halda, Moskva ciblərini doldurmağa davam edirdi və Qərbin tətbiq etdiyi sərt sanksiyalara baxmayaraq, iqtisadiyyatını ayaqda saxlaya bilirdi.

Lakin Rusiya prezidenti Vladimir Putinin ötən həftə verdiyi qərar bu mənzərəni dəyişib. Sanksiyalara görə qisas aldığı düşünülən Rusiya “enerji kartını” açıb və Avropaya qaz nəqlini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Putinin Avropanı cəzalandırmaq üçün atdığı bu addım gözlənildiyi kimi bir çox ölkələri təşvişə salıb. Almaniya başda olmaqla bir çox ölkələr təbii qaz istifadəsinə qənaət qərarı çərçivəsində sərt tədbirlər görüb.

Nəticədə Rusiyanın qaz satışından gəlirləri kəskin şəkildə azalıb. Ehtimal olunur ki, qarşıdakı həftələrdə Kreml bu addımın acısını ciddi şəkildə çəkə bilər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »