Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ərdoğanın Balkanlarda gərginliyi azaldacağına inanıram”
“Ərdoğanın Balkanlarda gərginliyi azaldacağına inanıram”

Bosniya və Herseqovinanın qurucu prezidentlərindən olan Aliya İzzetbeqoviçin oğlu Bakir İzzetbegovic ölkəsində və Balkanlarda gərginliyi azaltmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana güvəndiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Bosniya və Herseqovinanın Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzetbeqoviç Ərdoğanın Serbiya liderləri ilə yaxşı münasibətlərə malik olduğunu, Bosniya və Herseqovinadakı serb liderlərinin də ona hörmət etdiyini bildirib. Ərdoğanı "böyük lider və diplomat" olaraq xarakterizə edən İzzetbeqoviç "Onun Bosniya və Herseqovina və Balkanlarda gərginliyin azaldılmasına kömək edə biləcəyinə inanıram" deyib.

Bosniyalı siyasətçi Ərdoğanın sentyabrın 9-da ölkəsinə səfər edəcəyini təsdiqləyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »