Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibədə rollar dəyişib: Ukrayna yaşayış məntəqələrini azad edir
Müharibədə rollar dəyişib: Ukrayna yaşayış məntəqələrini azad edir

Ukraynada müharibə ölkənin şərqində davam edərkən Kiyevdən flaş açıqlama gəlib. Aylardır Rusiyanın hücumlarına müqavimət göstərən Ukrayna qoşunları əks hücuma keçib. Rusiyadan geri alınan rayonlar qubernatorun açıqlamaları ilə aydın olub.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə tam sürətlə davam edir. Müharibənin ilk günündən ölkənin paytaxtı Kiyevi əsas hədəf seçən Rusiya ordusu həftələrlə mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib. Bu çərçivədə Rusiya bu bölgənin bir çox şəhərini hədəfə alaraq “Donbasdakı son qala” olaraq da bilinən Lisiçanskın işğalını təmin edib.

Donetsk vilayətində müharibə şiddətləndiyi bir vaxtda Rusiya ordusunun təşəbbüsü itirməyə başladığı tez-tez xatırlanırdı. Əks hücuma keçməyə qərar verən Ukrayna son 24 saat ərzində 46 yaşayış məntəqəsinin Rusiya hərbçilərindən azad edildiyini açıqlayıb.

Xerson vilayətinin qubernatoru Dmitri Butriy açıqlamasında azad edilən yaşayış məntəqələrinin əksəriyyətinin şimalda olduğunu bildirib.

Məlumata görə, Donbasda hazırda Rusiyanın tam nəzarətində olan iki ordu Donetsk uğrunda qanlı döyüş aparır.

ABŞ silahları və Ukrayna ordusunun müqaviməti qarşısında Moskvanın növbəti dəfə taktikanı dəyişməli olduğu da xəbərlər sırasındadır.

İngiltərə kəşfiyyatının hesabatına görə, müharibədə istədiyi nailiyyətləri əldə edə bilməyən Rusiya taktikanı dəyişmək üçün düyməni basıb. Xəbərdə Rusiyanın qərarı bu sözlərlə ifadə edilib:

“Rusiya aprel ayından bəri izlədiyi plan çərçivəsində həlledici əməliyyatda irəliləyiş əldə edə bilmədikdən sonra, ehtimal ki, hücumunun əməliyyat dizaynını dəyişir”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "xüsusi əməliyyat" olaraq xarakterizə etdiyi müharibədə Rusiyanın yeganə hədəfinin Ukraynanın şərqi olmayacağını açıqlayıb.

Dövlət mediasında çıxış edən rusiyalı nazir deyib: “İndi coğrafi hədəflər fərqlidir. Hədəflər artıq təkcə DNR və LNR ilə bağlı deyil, həm də Xerson vilayəti, Zaporojye bölgəsi və bir sıra digər bölgələrlə bağlıdır”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »