Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada nüvə müharibəsi təhlükəsi artıb - Quterreşdən qorxulu xəbərdarlıq
Dünyada nüvə müharibəsi təhlükəsi artıb - Quterreşdən qorxulu xəbərdarlıq

Rusiya və Ukrayna arasında davam edən müharibə dünyanın soyuq müharibədən bəri unutduğu nüvə müharibəsi qorxusunu alovlandırıb. Çin və Tayvan arasında artan gərginlik, Şimali Koreya və İran kimi ölkələrin nüvə proqramları son günlər dünyanı ayaq üstə saxlayır. BMT-nin baş katibi Antonio Quterreşin son bəyanatı isə bütün bu qorxuları gücləndirib.

Bizimyol.info xəbər verir ki, BMT-nin ba. katibi Antonio Quterreş dünyanı xəbərdar edib. Nyu-Yorkda kritik əhəmiyyət kəsb edən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) konfransının açılışında çıxış edən Quterreş dünyanın “soyuq müharibənin qızğın vaxtından bəri görünməmiş nüvə təhlükəsi” ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Rusiyanın Ukrayna ilə müharibəsinə, Koreya yarımadası və Yaxın Şərqdəki gərginliyə toxunan Quterreş "nüvə təsirləri" olan böhranların arta biləcəyindən qorxduğunu bildirib.

Baş katib 1970-ci ildə qüvvəyə minmiş nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair beynəlxalq saziş olan NPT-nin 10-cu icmal konfransındakı çıxışında deyib: “İndiyə qədər qeyri-adi dərəcədə bəxtimiz gətirib. Amma şans strategiya deyil. Şans nüvə münaqişəsinə çevrilən geosiyasi gərginliklərə qarşı qalxan deyil".

Bu sözlərlə Antonio Quterreş bəşəriyyəti nüvə silahlarından azad dünyaya doğru yeni yola çıxmağa çağırıb. Quterreş konfransın razılaşmanı “möhkəmləndirmək” və “onu ətrafımızdakı həyəcanverici dünyaya uyğunlaşdırmaq” üçün bir şans olduğunu söyləyib.

“Nüvə silahlarının ləğvi onların heç vaxt istifadə olunmayacağının yeganə zəmanətidir”,- deyə baş katib bildirib.

Xatırladaq ki, yanvar ayında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Britaniya və Fransa nüvə silahının yayılmasının qarşısını daha da almağa söz verdilər.

Bazar ertəsi isə Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransa birgə bəyanatda "nüvə müharibəsində qalib tərəf ola bilməz " deyərək öhdəliklərini təkrarladılar.

Üçlük həmçinin fevralın 24-də Ukraynanı işğal etdikdən sonra nüvə qüvvələrini hazır vəziyyətə gətirdiyini elan edən Rusiyanı da hədəfə alıb və Moskvanı NPT üzrə beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırıb.

Bəyanat deyilir:

“Rusiyanın Ukraynaya qarşı əsassız və qeyri-qanuni təcavüzkar müharibəsindən sonra biz Rusiyanı məsuliyyətsiz və təhlükəli nüvə ritorikasına və davranışına son qoymağa çağırırıq”.

Kremlin məlumatına görə, prezident Vladimir Putin Rusiyanın sazişin “hərfinə və ruhuna” sadiq qaldığını və nüvə müharibəsində “qalib gələ bilməyəcəyini” təkid edib.

Bir çox söhbətlər Rusiya üzərindən getdiyi halda, ABŞ dövlət katibi Antoni Blinken də Şimali Koreyanın “qanunsuz nüvə proqramını genişləndirməyə davam etməsini”, “nüvə gərginliyini artırmağa davam edən İranı” pisləyib və bunu “kritik anda” etdiklərini vurğulayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »