Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada hər üç nəfərdən biri savadsız çıxdı...
Rusiyada hər üç nəfərdən biri savadsız çıxdı...

Bizim ölkədə sovet, o cümlədən Rusiya təhsil sistemi barədə həmişə yüksək fikir səsləndirilib. Amma Rusiya ictimai rəyin öyrənilməsi mərkəzinin sorğusunun nəticələri bu mənada çox təəccüblü görünür. Rusiyalılar ən bəsit bilgilərdə səhvə yol verib. Səhv, konspirasiya yükü olan məlumatlar doğru kimi qəbul edilib.

Bizimyol.info xəbər verir ki, Rusiyada hər üç nəfərdən biri Günəşin Yerin ətrafında dövrə vurduğunu düşünür. Fikri soruşulanların 35 faizi buna tam əmindir. Son 15 ildə göstərici 7 faiz artıb. Yəni savadsızlığın göstəricisi yüksəlib. Bunu başqa suallara münasibətdə də görmək mümkündür.

Sorğunun reqlamenti belə olub ki, respondentlərə səhv məlumatlar təqdim olunub. Onlara razılaşıb-razılaşmamaq imkanı verilib. Hər səhv məlumat yetərincə qəbul edilib. Müəyyən qədər Yerin Günəş ətrafında bir dövrəsini bir aya başa vurmasına inananlar az olub. Cəmi 12 faiz məhz belə fikirləşdiyini bildirib.

İbtidai insanların dinozavrlarla yanaşı gəzməsi də çox inandırıcı səslənməyib. Buna baxmayaraq, 21 faizi aşağı göstərici saymaq olmaz. Bircə təsəlli ondadır ki, 15 il əvvəl respondentlərin 30 faizi bu səhv məlumata inanırmış.

Fikri soruşulanların 44 faizi geni dəyişdirilmiş məhsulların deyiləndən də böyük zərərinə inanır. Həmin şəxslər bu məhsulların xərçəng xəstəliyi yarada biləcəyini hesab edir. Respondentlərin 32 faizinin fikrincə, geni dəyişdirilmiş məhsullar dünyada aclığın qarşısını ala bilər.

Rusiya ictimai rəyin öyrənilməsi mərkəzi bədbinliyə çox da əsas olmadığını açıqlayıb. Guya ümumilikdə elmi savad göstəricisi aşağı düşməyib.

Daha bir maraqlı fakt səhv məlumatı qəbul edənlərin 43 faizinin daim yerli telekanalları izləməsidir. Bu kəsimin 32 faizi kənddə yaşayır. Ümumiyyətlə, səhv məlumatla razılaşanların böyük hissəsi yaşı 60-ı haqlamış şəxslərdir. Ali təhsili olanlar daha qənaətbəxş göstərici ortaya qoyub.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »