Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın videosu gündəm oldu: “Gözəl qadınlar, ucuz qaz...” - Video
Rusiyanın videosu gündəm oldu: “Gözəl qadınlar, ucuz qaz...” - Video

Rusiyanın Ukraynanı işğal etməsindən beş ay keçməsinə baxmayaraq, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkədə turizmin zəifləməsinə səbəb olub. Daha sonra Rusiyada yayımlanan yeni video ilə dünyanın hər yerindən insanlar ölkəyə dəvət olunub. Video qısa müddət ərzində sosial medianın gündəminə gəlsə də, onun satira, yoxsa real olduğunu anlamaq mümkün olmayıb.

Bizimyol.info xəbər verir ki, yayımlanan “Rusiyaya köçmək vaxtıdır” başlıqlı videoda gülməli səslə yanaşı, “Rusiyaya gəlmək üçün təkliflər” də lağ mövzusu olub. Bir çox insan sosial şəbəkələrdə videonun real, yoxsa parodiya olduğunu müzakirə edib.

Rusiyanın İspaniyadakı səfirliyi öz sosial şəbəkə hesabında həmin 53 saniyəlik klipi yayımlayıb. Lakin videonun Kreml tərəfindən yayılıb-yayılmaması hələlik məlum deyil.

Rusiyaya köçmə səbəbi kimi; "Yaxşı yemək, gözəl qızlar, mühüm tarix, unikal memarlıq və ucuz qaz, elektrik və su" göstərilir. Onu da qeyd edək ki, klip “Rusiyaya köçmək vaxtıdır” başlığından sonra “Gecikmə... qış gəlir” xatırlatması ilə bitir.

Xüsusilə videodakı “gözəl qız” ifadəsi sosial mediada reaksiyaya səbəb olub. Çoxları qadınların kampaniyada istifadə edilməsinə reaksiya versə də, bəziləri videonun “lağ etmək” üçün yerləşdirildiyini və ciddi qəbul edilməməsi lazım olduğunu bildirib.

Ancaq kadrlara baxanda və ölkədəki son vəziyyəti nəzərə alsaq, videonun real ola biləcəyi ehtimalı var.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »