Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin dekanı Sergey Dobrolyubov qlobal istiləşmə ilə əlaqədar balıq istehsalının həcminin artacağını proqnozlaşdırıb.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Dobrolyubovun sözlərinə görə, Qara dənizdə və əvvəllər heç vaxt balıq tutulmamış ərazilərdə balıq tutmaq mümkün olacaq.
“Şimal dəniz marşrutu boşaldı, lakin dalğanın hündürlüyü artır, çünki daha çox açıq yer var. Naviqasiya üçün bəzi məsələləri həll etmək daha asan olacaq”,- deyə alim əlavə edib.
Onun sözlərinə görə, qlobal istiləşmə ilə əlaqədar Aralıq dənizində suyun temperaturu ekstremal həddə yüksəlib - 30 dərəcədən çox olub. 2022-ci ildə İtaliya, İspaniya və Fransa sahillərində istiləşmə müşahidə edilib.
Alim həmçinin qeyd eidb ki, istiləşmənin mənfi cəhətləri də var. Belə ki, mərcanlar və çox yüksək su temperaturuna öyrəşməyən bəzi bitki və heyvanlar ölməyə başlayır. Ətraf mühitin istiləşməsi ilə patogen bakteriyalar daha sürətlə çoxalmağa başlayır və oksigen konsentrasiyası azalır.
Bunun sayəsində karbon qazının konsentrasiyası artır və okean turşulaşır. Alim qeyd edib ki, gələcəkdə dənizlərdə suyun temperaturunun artması müşahidə olunacaq. O əlavə edib ki, qlobal istiləşmənin gedişatını dayandırmaq mümkün deyil.
Xatırladaq ki, Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun alimləri gələcəkdə Qara dənizin temperaturunun artacağını, yay temperaturunun yüksələcəyini - isti günlərin çox olacağını proqnozlaşdırıblar.
Tədqiqatçılar temperaturun kəskin dəyişməsini qlobal istiləşmə ilə əlaqələndirirlər.
İlahin, Bizimyol.info