Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zelenski Putinlə danışıb NATO-dan imtina etməlidir" - Tramp
"Zelenski Putinlə danışıb NATO-dan imtina etməlidir" - Tramp

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə razılığa gəlməli və NATO-ya üzv olmaqdan imtina etməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə  ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri ilə münasibətlərdə Zelenskinin səhv etdiyini qeyd edib.

“Onlar alyansa qoşulmaq fikrində olmadıqlarını deyərək NATO ilə məsələni birtəhər həll edə bilərdilər. Bu zaman onların ölkəsində problem olmazdı. Çünki əminəm ki, Putin razılaşmaq istəyirdi”,- deyə siyasətçi yekunlaşdırıb.

O əlavə edib ki, indiki vəziyyətdə razılığa gəlmək xeyli çətinləşib, lakin buna nail olmaq üçün cəhdləri davam etdirmək lazımdır.

Xatırladaq ki, Tramp bir müddət əvvəl ABŞ-ın diz çökdüyünü və dünya səhnəsində bir-birinin ardınca tarixi təhqirlərə məruz qaldığını bildirmişdi.

O əlavə etmişdi ki, prezidentliyi dövründə Vaşinqton enerji resursları məsələsində lider olub, benzinin qiyməti və inflyasiya aşağı olub və ABŞ-a hörmət edilib.

Onun sözlərinə görə, ABŞ enerji üçün başqa ölkələrə yalvarır, inflyasiya və yanacağın qiymətləri rekord həddə çatıb və milyonlarla miqrant ölkəyə təminatsız sərhədlərdən axışır.

"Ölkə tezliklə cəhənnəmə çevriləcək”- deyə Tramp təəssüflənib.

Eyni zamanda Tramp hazırkı dövlət başçısı Co Baydeni ABŞ-ı “kasıb ölkəyə” çevirməkdə ittiham edib. O xatırladıb ki, Amerika “yalnız Allaha qarşısında diz çökə bilər, başqa heç kimin”...

Qeyd edək ki, Tramp 2024-cü il prezident seçkilərində iştirakla bağlı qərar verdiyini açıqlayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »