Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Rusiyanın xaricdəki sərvətlərini müsadirə etməyə hazırlaşır
Avropa Rusiyanın xaricdəki sərvətlərini müsadirə etməyə hazırlaşır

Fransa hökuməti Rusiya vətəndaşlarına məxsus 1,2 milyard avroya yaxın vəsaiti bloklayıb.

Rəsmilər tərəfindən aparılan yoxlamalar zamanı pul müəyyən edilərək bloklanıb.

Bu vəsaitlər Rusiya mərkəzi bankının bloklanmış pulları nəzərə alınmadan hesablanır.

Bizimyol.info xəbər verir ki, bu barədə  “La Tribune” nəşrinə müsahibəsində Fransa Maliyyə Nazirliyinin kəşfiyyat bölməsinin rəhbəri Qiyom Valette-Vala deyib.

"Dondurulmuş vəsaitlərin məbləği Rusiya Federasiyası Mərkəzi Bankının vəsaitlərini nəzərə almasaq, təxminən 1,2 milyard avro təşkil edir. Bu tədbirlər Avropa İttifaqının şəxsi sanksiyalar siyahısını müəyyən edən qərarına uyğun olaraq həyata keçirilib",- Valette-Vala dedi.

Fransa rəsmisinin sözlərinə görə, bu pullar nazirliyin 2022-ci ilin birinci rübü ərzində apardığı yoxlamalar zamanı müəyyən edilərək bloklanıb.

Xatırladaq ki, İsveçrə sanksiyalara görə iyulun əvvəlinə kimi Rusiyanın 6,8 milyard dollarlıq aktivlərini bloklayıb. Həmçinin 15 obyektin fəaliyyəti dondurulub.

Bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) məlumat yayıb. Bu, İsveçrə İqtisadiyyat Nazirliyinin sanksiyalara uyğunluq rejiminə nəzarət edən bölməsidir.

Xatırladaq ki, İsveçrə 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi altı sanksiya paketinin hamısına qoşulub. Buna cavab olaraq Rusiya İsveçrəni “dost olmayan” dövlət elan edib.

Xatırladaq ki, Avropa İttifaqı oktyabr ayında xüsusi direktiv təqdim edəcək. Təsdiq olunarsa, Aİ Rusiyanın aktivlərinin müsadirə edilməsi mexanizmini işə salacaq. Aktivlərin həbsinə yalnız sanksiyalardan yayınmağa cəhd edildiyi hallarda icazə veriləcək. Eyni zamanda, Aİ artıq rus oliqarxlarının 13,8 milyard avroluq aktivlərini dondurub.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »