Almaniya kansleri Olaf Şolz iddia edir ki, Berlin Ottavanın anti-Rusiya sanksiyalarından yan keçərək Kanadadan “Şimal axını”nın turbinlərini təmir edib ona qaytarmasını istəməsinin yeganə səbəbi Rusiya Federasiyasının Almaniyaya qaz tədarükündən imtina etmək üçün istifadə edə biləcəyi bəhanəni aradan qaldırmaqdır.
Bizimyol.info xəbər verir ki, o bu barədə Kanadanın “The Globe and Mail” qəzetinə bildirib.
Almaniya hökumətinin başçısı vurğulayıb ki, Rusiya qaz tədarükünü azaltmaq üçün turbindən bəhanə kimi istifadə edir. Buna görə də, baş nazir Trüdo Almaniya və Avropanın mövqeyini gücləndirən qərar qəbul edərək bu bəhanəni aradan qaldırdı.
“Onun sayəsində biz Putinin blefini ifşa edə bildik. Biz tədarükün azalmasının texniki səbəblərdən olduğuna inanmırdıq. Rusiya təzyiq göstərməyə və bir müttəfiqi digərinə qarşı oynatmağa çalışır. Biz onun uğur qazanmasına imkan verməməliyik. Turbin təhvil verilməyə hazırdır, Rusiya müqavilə öhdəliklərini təzələməlidir”,- deyə Şolz bildirib.
Onun sözlərinə görə, Kreml bununla belə, qaz tədarükünü artırmasa, “o zaman bu, bütün dünyaya gün kimi aydın olmalıdır”.
Kanada bir turbin üçün deyil, altı turbin üçün sanksiyalara yumşalma edib. Şolz qeyd edir ki, Rusiya üçün sanksiyalarda yüngülləşmə yoxdur.
Xatırladaq ki, yayın əvvəlində Qazprom müştərək müəssisə vasitəsilə "avadanlıqla bağlı problemlərə görə" tədarükün 100 milyon kubmetrə qədər təmin edilə biləcəyini elan edib. Almaniyaya tədarüklər iyulun 27-dən 33 milyon kubmetrə endirilib.
Ukrayna isə texniki problemləri bəhanə adlandırır. Hesab edilir ki, bu sadəcə, Kremlin şantajıdır. Ukrayna tranzitindən də yalnız 20 faiz istifadə olunur.
Qeyd edək ki, iyunun 10-da Kanada Monrealdakı Siemens Energy zavodundan turbinini Almaniyaya qaytarmaq qərarına gəlib. Ukrayna transferi ləğv etməyə çağırıb.
Amma Rusiya Federasiyası hələ də birgə müəssisə üçün turbinin istifadəsini bərpa etməkdən imtina edir. Yamal-Avropa qaz kəmərindən qışda ümumiyyətlə istifadə olunmayıb.
Şolzun sözlərinə görəəvvəlki hökumət dövründə Almaniyanın xarici işlər naziri Heiko Maas bir dəfə demişdi ki, Berlinin Ukraynaya “daha yaxşı” dəstək verməsi üçün “Şimal axını 2” lazımdır.
İyulun 20-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə bəyan edib ki, Avropa İttifaqı qışa Rusiya qazı olmadan hazırlaşır.
İlahin, Bizimyol.info