Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ növbəti silah partiyasını Ukraynaya göndərib
ABŞ növbəti silah partiyasını Ukraynaya göndərib

Avqustun 1-də ABŞ Ukraynaya HIMARS MLRS və 155 mm-lik artilleriya sistemləri üçün döyüş sursatı daxil olmaqla, 550 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O, qeyd edib ki, Rusiyanın genişmiqyaslı müdaxiləsi başlayandan bəri ABŞ artıq Ukraynaya 8 milyard dollar yardım edib.

Kirbi həmçinin bildirib ki, bu gün ABŞ dövlət katibi Entoni Blinkenin Ukrayna hakimiyyətinin nümayəndələri, ABŞ prezidentinin müşaviri, Milli Təhlükəsizlik üzrə rəhbər  Ceyk Sallivan, Silahlı Qüvvələr  generalı Mark Mille və ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri ilə telefon danışıqları olub.

CNN Pentaqona istinadən xəbər verir ki, Ukrayna artilleriya sistemləri üçün 75 min sursat alacaq. Amerikanın daha dörd HIMARS reaktiv yaylım atəşi sistemi bu gün Ukraynaya gəlib.

Xatırladaq ki, M142 HIMARS, altı raketdən ibarət bir salvo və ya bir əməliyyat-taktiki raket atmağa qadir olan Amerika çoxfunksiyalı raket buraxıcısıdır.

Ukrayna 70 km məsafəyə uçan GMLRS mərmiləri ilə təchiz edilib ki, bu da 155 mm-lik M777 haubitsasından iki dəfə çoxdur.

HIMARS-ın 300+ km məsafədə atmağa qadir olduğu ATACMS raketləri hələ Vaşinqton tərəfindən təmin edilməyib. Ukrayna HIMARS-ın köməyi ilə Rusiyanın dərinliklərinə zərbə endirməyəcəyinə də söz verib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »