Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Biz Putin kimi bir təcavüzkarın sözünə arxalanırıq"
"Biz Putin kimi bir təcavüzkarın sözünə arxalanırıq"

Almaniyada bu məsələdə Rusiyadan asılı olmamaq üçün Ukrayna taxılının ixracı üçün alternativ marşrutları genişləndirməkdə israrlıdır.

Bizimyol.info “Rheinische Post”-a istinadla xəbər verir ki,   bu barədə federal kənd təsərrüfatı naziri Cem Özdemir danışıb.

Qeyd edildiyi kimi, Almaniyanın federal hökuməti Ukrayna taxılını daşıyan ilk quru yük gəmisinin Odessa limanından yola salınmasını dəstəkləyib.

"Ukrayna limanlarını təhlükəsiz tərk edən hər bir nəqliyyat gəmisi Ukrayna və bu dünyada ac olan insanlar üçün ümid işığıdır",- deyə Özdəmir bildirib.

Eyni zamanda o vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin vədlərinə bel bağlamaq olmaz.

"Bütün ümidlərə baxmayaraq, yadda saxlamalıyıq ki, sonda biz Putin kimi bir təcavüzkarın sözünə arxalanırıq. İndi də biz Putinin sözünün qiymətini ağrılı şəkildə anlayırıq",-deyə o qeyd edib.

Məlumata görə, Aİ Komissiyasının təşəbbüsü artıq Avropaya avtomobil və dəmir yolu ixracının əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Müharibə başlayana qədər Ukraynada mövcud olmayan bu marşrutla iyun-iyul aylarında təxminən 2,5 milyon tona yaxın taxıl daşınıb.

Özdemir Aİ-nin yeni marşrutlar tapmaq səylərini dəstəkləyəcəyini bildirib.

"Ukrayna yenidən Qara dənizə təhlükəsiz çıxış əldə etsə belə, Rusiyadan asılı qalmamalıdır. Ona görə də alternativ ixrac marşrutlarının genişləndirilməsini təşviq etmək lazımdır. Söhbət daimi alternativlərdən gedir. Mən Komissiyanı inandırmaq istəyirəm ki, Aİ alternativ ixrac marşrutlarının genişləndirilməsinə çalışır”,- deyə o vurğulayıb.

Xatırladaq ki,  iyulun 22-də Rusiya Federasiyası Odessa, Yujnı və Çornomorsk limanlarından Ukrayna taxılının ixracının təmin edilməsininə dair saziş imzalayıb. Bir gün keçməmiş, o, raketlərlə Odessa limanına hücum edib.

Eyni zamanda Ukrayna hakimiyyəti iyulun 24-də hər üç limanın müqavilə çərçivəsində fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

Türkiyə prezidentinin sözçüsü İbarhim Kalının sözlərinə görə, Ukrayna ilin sonuna qədər bu “dəhliz” vasitəsilə 25 milyon tona qədər taxıl ixrac edə biləcək. İyulun 29-da İnfrastruktur Nazirliyi bildirib ki, artıq Ukrayna taxılının olduğu 17 gəmi yüklənib, onlardan 10-u yüklənməyə hazırdır.

Rusiya Ukraynadan oğurladığı taxılı gəmiyə yükləyir Rusiya Ukraynadan oğurladığı taxılı gəmiyə yükləyir - Peykdən görüntü

Avqustun 1-də Ukrayna taxılını (26 min ton qarğıdalı) buraxan ilk Türkiyə gəmisi Qara dənizdə Ukraynanın nəzarətində olan limanı tərk edib. Gəminin avqustun 2-də İstanbula çatacağı gözlənilir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »