Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ nüvə silahından hansı halda istifadə edəcək - Açıqlama
ABŞ nüvə silahından hansı halda istifadə edəcək - Açıqlama

ABŞ nüvə silahından yalnız fövqəladə hallarda istifadə edəcək.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

Entoni Blinken Entoni Blinken

Onun sözlərinə görə, "Amerikanın nüvə silahlarının əsas rolu ABŞ-a nüvə hücumlarının qarşısını almaq olacaq".

“Birləşmiş Ştatlar nüvə silahından yalnız fövqəladə hallarda, Birləşmiş Ştatların, müttəfiqlərinin və tərəfdaşlarının həyati maraqlarını qorumaq üçün istifadə etməyi nəzərdən keçirəcək”,- deyə  o əlavə edib.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, nüvə müharibəsi heç vaxt baş verməməlidir.

“NPT-nin iştirakçısı olan dövlət və onun depozitarilərindən biri kimi Rusiya ardıcıl olaraq Müqavilənin mətninə və ruhuna əməl edir. Amerika Birləşmiş Ştatları ilə müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ikitərəfli sazişlər üzrə öhdəliklərimiz də tam yerinə yetirilib”,- deyə Putin bildirib.

O əlavə edib ki, nüvə müharibəsində qaliblər ola bilməz və buna görə də heç vaxt başlamamalıdır. Eyni zamanda, Putin vurğulayıb ki, Rusiya dünya birliyinin bütün üzvləri üçün bərabər təhlükəsizliyin tərəfdarıdır.

Bir müddət əvvəl  Dövlət Dumasının deputatı Yevgeni Fedorov demişdi ki, referendumların nəticələrinə görə Xerson və Zaporojye vilayətləri Rusiyaya birləşdirilsə, onlar nüvədən çəkindirmə doktrinasına tabe olacaqlar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »