Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kökü bəlli olmayan ziyarətgahlara getməyin heç bir əsası yoxdur"
"Kökü bəlli olmayan ziyarətgahlara getməyin heç bir əsası yoxdur"

"Ziyarət edərkən həddi aşmaq olmaz. Peyğəmbər ə.s. buyurur ki, "qəbirləri ziyarət edin. Çünki bu, sizə axirəti xatırladacaq". Ziyarət insanın mənəviyyatının islah olunması, axirət dünyasına hazırlanması üçün dində tövsiyyə edilmiş əməllərdənbiridir. Bəzən bu, dini çərçivədən çıxarılan zaman savab əldə etmirik, günah qazanmış oluruq. Çünki ziyarət zamanı elə ayinlərə yol verilir ki, bu ayinlər xurafatdır. Bu ayinlərin icra edilməsi Allah qarşısında böyük günahlardandır.

Məsələn ziyarətgahlara getdiyimiz zaman ora müxtəlif parçaların bağlanmasını görürük. Ziyarətgahların ətrafında ağacların üzərində qara, qırmızı parça və iplərin bağlandığını, kilidlərin vurulduğunu görürük. Bu ayinlərin heç bir təsiri olmasa da, ziyarətə gedənlər bunu edir”.

Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı, fəlsəfə doktoru İbrahim Quliyev danışıb. Onun sözlərinə görə, digər müsəlman ölkələrində dəqiq mənşəyi olmayan bəzi pirlər var. Bu pirlər, dini mətnlərdə ziyarət kimi öz əksini tapmayıb. İnsanların belə yerlərə getməyinin heç bir əsası yoxdur. Ziyarət kimi elə yerlər seçilməlidir ki, bu ziyarətgahlar haqqında dini kitablarda əsaslı məlumatlar yer alsın.

İbrahim Quliyev İbrahim Quliyev

“Əks halda kökü, mənşəyi, tarixi bəlli olmayan bəzi ziyarətgahlara getmək və bəzi ayinləri icra etməyin heç bir əsası yoxdur. Bəzi belə yerlərdə insanlaırn başı üzərində şüşə sındırılır. Güya ki, şüşə sındırmaqla canda olan qorxuluq alınır. Bunlar mənasız ayinlərdir. Və acınacaqlısı odur ki, bu cür xurafi ayinlər icra edilərkən din adıından istifadə edilir. Bu isə, yolverilməzdir” - deyən ilahiyyatçı tövsiyyə edir ki, öncə, ziyarətə gedərkən xalqın tarixində, inanc sistemində özünə yer etmiş yerlər seçilməlidir. Ziyarətə gedərkən xurafi, batil inanclardan uzaq olmalı və dəstəmazlı olunmalıdır.

Müsahibimiz bildirir ki, "dində yeri olmayan məkanları ziyarətgah kimi seçmək və xurafi ayinlər həyata keçirməyin heç bir faydası yoxdur. Bu, günahdır. Və insanlar bacardıqları qədər bundan uzaq durmalıdırlar".

P.S. Bu gün Bakıda və bölgələrdə kifayət qədər əslsiz ziyarətgahlar mövcuddur. Hətta bu barədə mətbuat səhifələrində də dəfələrlə məlumatlarla qarşılaşmışıq. İbrahim Quiyev bildirir ki, bu yerlərə getmək və batil inanclara üstünlük verməkdən uzaq durmaq lazımdır. Çünki bu, günahdır. Ziyarətlərə isə, sadəcə olaraq axirəti xatırlamaq üçün getmək olar. Bizdə isə, uşağı olmayan, gecə yata bilməyən, işləri düz gətirməəyən hər kəs yaxın bildiyi pirlərə ziyarətgahlara qaçır. Divarlara qənd yapışdırır, parça bağlayır, qıfıl kilidləyir. Biz insanların inancına qarışmırıq, amma İslam dinini bu qədər aşağılamaq da bizə yaraşmaz.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »