Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piri birbaşa sökə bilmədiklərinə görə yavaş-yavaş məhv edirlər - Video
Piri birbaşa sökə bilmədiklərinə görə yavaş-yavaş məhv edirlər - Video

Buzovna Bakının ən qədim qəsəbələrindən hesab edilir. Burada qəsəbənin böyük tarixə malik olduğunu sübut edən çox sayda tarixi abidələr, pirlər, məscidlər, hamamlar var. Bu tarixi abidələrdən biri də əsl adı “Nəsrani”, “Tərsa piri” olan, el arasında “butulka piri” kimi tanınan qədim alban məbədidir. Abidə haqqında müxtəlif məlumatlar mövcuddur. Kimi deyir ki, abidə III əsrə aiddir. Bəziləri isə iddia edir ki, abidə X əsrdən qalıb.

Uzun illər diqqətdən kənarda qalan qədim alban məbədi bu gün də qəsəbə sakinlərinin, qəsəbəyə üz tutan və belə abidələrə inanan insanların inanc yerinə çevrilib.

Bir neçə il öncə pirə getdiyimiz zaman orada yalnız butulka sındırıldığının şahidi olmuşduq. Deyilənə görə, butulka sındırmaq insanın qorxuluğunu alırmış. Bəzən qorxan, uşağı olmayan, arzularına nail ola bilməyən insanlar son ümid yeri kimi üzünü Nəsrani pirinə çevirirmiş. Və o da iddia edilir ki, pir ona üz tutanları heç bir zaman əliboş geri qaytarmazmış. Buna görə də, hər kəs gəlir, dilək tutur, butulka sındırıb gedirmiş. Kimin ki, arzusu tez yerinə yetəcək, butulka ilk həmlədə sınır, kimin ki, diləyi bir az gecikir, bu zaman bir neçə dəfə cəhd etməli olur.

Kənd sakinlərinin Nəsrani piri haqqında müxtəlif düşüncələri var. Bəziləri bu abidənin alban abidəsi olduğunu düşünür. Bəziləri isə, deyir ki, elə bura pir olub. Tikilinin hamam, məkəb və s. olduğunu düşünənlər də var.

Bir reallıq var ki, Buzovnada yer alan, məhv olmaq üzrə olan bir abidə var. Və o abidənin diqqətə ehtiyacı var. Çünki inanclı insanlar bu gün də ora baş çəkir. Müxtəlif parmalar bağlayaraq, dilək tuturlar.

Deyirlər ki, pirə inanmaya bilərik, amma gərək şəkk də gətirməyək. Biz də öz növbəmizdə dağılmaqda olan pirin xarabalıqlarını çəkib sizə göstəririk. Çünki belə baxımsızlıqla bir neçə ildən sonra orada bu abidə qalmayacaq. Belə ki, ötən illərlə müqayisədə, abidənin ərazisi xeyli kiçildilib. Yaxınlığında avtomobil üçün qaraj tikilib. Görünən odur ki, heç kimin birbaşa onu sökməyə gücü çatmır. Və bu pir yavaş-yavaş məhv edilir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »