Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Füzulidə üç nəfər minaya düşdü, birinin ayağı kəsildi
Füzulidə üç nəfər minaya düşdü, birinin ayağı kəsildi

Avqustun 2-də Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində üç nəfər minaya düşüb. Hadisə səhər saat 10.00 radələrində baş verib.

Bu barədə Bizimyol.info-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, minaya düşərək xəsarət alanlar işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərilə məşğul olan şirkətin əməkdaşları olub. Onlardan birinin ayağı kəsilib.

Minaya düşən üç nəfərin kimliyi də bəllidir. Bunlar 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovdur.

Yadigar Şükürov və Rövşən Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Qılman Hüseynovun isə sağ ayağı amputasiya olunub.

“Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır”, - baş Prokurorluğun məlumatında bildirilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »