Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR-ın prezidenti Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini ilə görüş keçirib
SOCAR-ın prezidenti Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini ilə görüş keçirib

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf avqustun 1-də Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində mövcud əməkdaşlığın müsbət nəticələrindən məmnunluq ifadə edilib. Azərbaycan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan qlobal layihələrin ölkələrimizin strateji maraqlarının təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »