Ankarada Türkiyə Nazirlər Kabinetinin iclası başlayıb.
APA-nın verdiyi xəbərə görə, iclasa ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq edir.
İclasda taxıl dəhlizi, Ukraynanın Odessa limanından ilk ticarət gəmisinin yola düşməsi, terrorla mübarizə və xarici siyasət məsələləri, həmçinin, Prezident Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin cümə günü Soçidə baş tutacaq görüşünə hazırlıqlar da müzakirə olunacaq.