Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada işsizlərin sayı sürətlə artmaqda davam edir
Dünyada işsizlərin sayı sürətlə artmaqda davam edir

2022-ci ildə dünyada işsizlərin sayı 207 milyon nəfərə yüksəlib ki, bu da böhrandan əvvəlki 2019-cu illə müqayisədə 21 milyon nəfər çoxdur.

Qlobal işsizlik səviyyəsinin ən azı 2023-cü ilə qədər pandemiyadan əvvəlki səviyyədən yuxarı qalacağı gözlənilir deyə məlumatlar var.2019-cu ildə 186 milyon insan iş tapa bilməyib, bu illərdə isə 207 milyon insan işsizlikdən əziyyət çəkir. Bəs ölkəmizdə vəziyyət necədir? Azərbaycanda kifayət qədər yüksək səviyyəli işsizlik olduğunu rəqəmlər sübut edir. Hətta Bakının özündə də, regionlarda da insanlarla danışarkən ən böyük problemin işsizlik olduğu etiraf olunur.

İşsizliyin qaynaqlanmasının təməl səbəbi, əsas prinsipi il ərzində yaranan iş yerlərinin sayı ilə əmək bazarına daxil olan yeni işçi qüvvəsinin sayı arasındakı fərqin olmasıdır. İl ərzində əmək bazarına daxil olan işçi qüvvəsindən daha az iş yeri yaradılırsa, bu halda əlbətdə il ərzində əmək bazarından kənarda qalan əhalinin müəyyən hissəsi yavaş yavaş işsizlik ortaya çıxmağa başlayacaq.

Bu fikirləri Bizimyol.info saytına

Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov bildirib.

Elman Sadıqov Elman Sadıqov

Yəni il ərzində əmək bazarına yüz min işçi qüvvəsi daxil olur. Lakin iqtisadiyyat il ərzində 60 min iş yerinin generasiya edir. Burda qalan 40 min insan iş tapa bilmir və işsizlər siyahısına daxil olur. Həmin 40 min əhali də növbəti ilə kimi iş tapacağına ümüd edir. Lakin növbəti il də əmək bazarına yeni bir 100 min insan daxil olur. Həmən il də 130/140 min iş yeri yaradılarsa, həmən zaman keçən il işsiz qalan adamlara da əmək bazarını qazandırmış olur. İşsizlik ilk növbədə əmək bazarı və iqtisadiyyat arasında olan əlaqənin pozulması deməkdir. İqtisadiyyatın əmək bazarına daxil olan işçi qüvvəsinin sayına nisbətən daha az iş yerinin yaradılması nəticəsində formalaşır. Əgər biz işsizliyin fundamental həlli məsələlərinə baxırıqsa ilk növbədə yeni iş yerləri yaratmağın yollarını düşünmək lazımdır. Bunun üçün ölkə prezidenti müxtəlif fərmanlar imzalayır, iqtisadiyyat sahəsində müəyyən addımlar atılır. Ən son olaraq 2022-2026 -cı ildə sosial- iqtisadi inkafla bağlı programın təmin olunmasıdır ki,bu da iqtisadiyyatın müxtəlif sahələrini faktiki olaraq iqtisadiyyatının, neft sektorların böyüməsini hədəfləyib. Bu böyümə özü də artan iş yerləri deməkdir. Həmçinin Dövlət Məşğulluq agentliyinin özünü hazırladığı programlar vardır. Elə işlər olur ki, xüsusi bacarıqlar tələb edir və burada Dövlət Məşğulluq Agentliyi peşə hazırlıq kursları təşkil edir və onları əmək bazarına yenidən qaytarır. Özünəməşğulluluq programları da var ki , bir çox insanlar özünə yeni işlər qura bilərlər və uğurlu şəkildə təmin olunmuş özünü məşğulluq isə yavaş- yavaş kiçik sahibkarlığa çevrilir. Bundan başqa əmək haqqının maliyələşdirməsi programı var və bu çox önəmli programdır. Bu sahədə işəgötürənlərin aktiv olması arzu olunandır, çünki bu həmdə işə götürülənlərin maliyyə yükünün azaldılması və müəyyən təbəqədən olan insanların, o cümlədən işsizlərin əmək bazarına qazandırıması istiqamətində atılan əsas addımlardan biridir. Burda əsas məqsəd ondan ibarətdir ki, dövlət işə götürənlərin əmək haqqını 50 faizədək maliyyələşdirir.

Ölkəmizdə işsizliyə daha çox hansı sahələrdə tələbat var?

İlk növbədə kənd təsərrüfatı sahəsində daha çox ehtiyac vardır, lakin kənd təsərrüfatında daha çox ixtisaslı işçilərə ehtiyac duyulur. Aqronomlara, zootexniklərə həqiqətən ehtiyac duyulur və çox təssüf ki bu sahədə biz öz tələbələrimizi yerinə yetirə bilmirik və nəticə etibarilə fermer təsərrüfatlarının həmin işləri yerinə yetirmək üçün xarici ölkələrdən, xüsusilə Türkiyədən ixtisaslı kadrları dəvət edirlər. İşçilərə ehtiyac duyulan növbəti sahə turizm sahəsi kimi qeyd edərdim. Bu sahədə bizim peşəkar işçilərə ehtiyacımız çoxdur. Xüsusilə xidmətlə bağlı məsələlərdə bir çox problemlərin, çağırışların həlli vacibdir. Bizim birçox avatajımız Türkiyədir. Çünki turizm sahəsində dünyada sayılıb seçilən ölkələrdən biridir. Və bizim onların xidmət sektorundan öyrənəcəyimiz çox şey var.

Bir çox hallarda vakansiyaların oldmadığını görürük, məsələ peşəkar kadr məsələsidir ki, bəzi hallarda nisbətən daha yaxşı kadrlar seçilir, müəyyən yerlərə ki, bu da əslində məsələnin həlli deyil. Deməli kənd təsərrüfatı, turizm maliyyə sektoru sahəsində o cümlədən tibb sahəsində də peşəkar kadr ehtiyacı mövcuddur.

Kənd təsərrüfatı bu problemlərlə bağlı müəyyən ciddi addımlar atır. Lakin Kənd təsərrüfatı artım dinamikası daha sürətli olduğu üçün davamlı olaraq bu sahədə kadr ehtiyacın duyduğunu görürük.

Havar

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »