Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"44 günlük müharibədə medianın gücünü gördük"
"44 günlük müharibədə medianın gücünü gördük"

“Uzun müddətdir ki, mən mətbuatla əməkdaşlıq edirəm. Hətta zamanında 90-cı illərin əvvələri də özüm xaric də təhsil alan zaman, bir neçə informasiya agentliyinin, bölgə müxbiri kimi də fəaliyyət göstərmişəm. Materiallar hazırlamışıq, məlumat hazırlayıb aidiyyatı üzrə təqdim etmişik. Sonrakı dövrlərdə bu informasiya məkanında bizim materiallara, bizim məlumata istinadən materiallar verilib. Bu çox maraqlı bir təcrübə idi, zaman keçdikcə sonradan müxtəlif, qəzetlərdə, mətbu orqanlarında müxtəlif adlar altında, əsasən də analitik yazılar yazmışam. Çox zaman bu yazılar miqrasiya mövzusunda olub. Miqrasiyanın ayrı-ayrı aspektlərilə bağlı olub”.

Bu barədə Bizimyol.info xəbər portalına Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov danışıb.

Azər Allahverənov Azər Allahverənov

Ekspert bildirib ki, bu səbəbdən mətbuatda gedən proseslər istər istəməz bu və digər formada onun üçün maraqlıdır. Azər Allahverənov hesab edir ki, istənilən halda mətbuat maarifləndirici missiyasını, öz üzərində saxlamalı, ölkə əhalisinin müxtəlif seqmentləri üçün zəruri olan informasiyanı çox zaman əsaslandırılmış şəkildə, konkret mənbələrə söykənən məlumatı doğru şəkildə insanlara çatdırmalıdır.

“Bu gün biz informasiya dövründə yaşayırıq və informasiya dövründə də təbii ki,bu gün elə bir vəziyyət yaranıbdır ki, mətbuatla sosial media arasında bir rəqabət də var. Bu gün insanlar daha çox zəruri olan informasiyanı sosial mediadan almağa üstünlük verirlər. İstənilən elektron cihaz üzərindən sosial mediaya çıxış çox rahat şəkildədir” deyən ekspert hesab edir ki, sosial şəbəkələr əslində mətbuatın təmsil olduğu müstəvinin bir seqmentidir. Yəni bu gün artıq blogerin hansısa YouTube kanalı varsa, bu da artıq çox rahat şəkil də müəllif verilişləri, müəllif yazıları, müəllif videoları qoyursa və müxtəlif analitik yazılar aparırsa, bu da artıq ümumi informasiya axınının tərkib hissəsinə çevrilir. Bu isə, çox rahat şəkildə müxtəlif elektron cihazlar vasitəsilə evlərə daxil olur.

“Ölkəmizdə yaradılmış demokratik mühit, fikir ayrılığı və digər məsələlər, fikir müxtəlifliyi, mediada da özünü göstərir, biruzə verir. Bu gün siz təsəvvürünüzə gətirin ki, Rusiya ilə Ukrayna arasında çox ciddi savaş gedir. Bizim mediaya baxırıq, sosial şəbəkələrdə olan kütləvi informasiya vasitələrinin hansısa bir səhifələrinə baxırıq, informasiya resurslarına baxırıq - müxtəlif saytların platformaları olsun, biz yenə də görürük həm o tərəfin həm bu tərəfin lehinə verilən yazılar gedir, informasiyalar gedir. Yəni hətta bizdən bir qədər aralı olan iki dövlət arasında gedən müharibə belə sosial mediada özünü büruzə verməkdədir. Faktiki olaraq burada informasiya savaşı gedir.

44 günlük müharibədə medianın rolunun nə qədər güclü olduğunu gördük. Bütövlükdə biz vahid mövqedən çıxış edərək, Azərbaycanın haqq sözünü dünyaya çatdırmağı bacardıq. Eyni zamanda da dialoq körpülərini yarada bildik, yəni dünyanın aparıcı, nüfuzlu informasiya resurslarıyla çox səmərəli əməkdaşlıq əlaqələri qura bildik. Azərbaycan həqiqətləri ölkənin birinci şəxsinin dilindən və sonrakı mərhələdə də bizim mətbuat orqanları tərəfindən geniş şəkildə yayıldı. Mən düşünürəm ki, Azərbaycanın haqq sözünü dünyaya çatdıra biləcək imkanları var” - deyə Azər Allahverənov bildiirb.

Ekspertin sözlərinə görə, media və mətbuat informasiya carçısıdır. Bu informasiya dəqiq olmalıdır, bu informasiya dürüst olmalıdır, bu informasiya dəqiq mənbələrdən götürülmüş və öz təsdiqini tapmış rəsmi orqanlar tərəfindən verilmiş informasiyaları da özündə ehtiva etməlidir.

“Hərdən mətbuatda elə bir informasiyaya rast gəlirik ki, əsassız olur. Məsələn bir müddət əvvəl mən Şuşada olarkən sosial şəbəkələrdə müxtəlif yazılara rast gəlməyə başladım. İddiaya görə Şuşada hərbi əməliyyatlar gedir və s. Biz Şuşanın içindəydik. Nəinki hərbi əməliyyatlar, heç güllə səsi belə yox idi.

Bəzi informasiya resursları var ki ,”stəkan içində tufan effekti” yaratmağa çalışır. Ola bilər ki, bu fake məlumatı bilərəkdən mətbuata ötürürdülər. Müxtəlif saxta profillər üzərindən, yəni burada müxtəlif cür yanaşmalar və müxtəlif cür səbəblər ola bilər. Bəzi hallarda bu tirajlanırdı. İzlənmə yığmaq ,reytinq qazanmaq və digər məsələlərdə maraqlı olan bəzi saytlar götürüb tirajlayırdılar. Bu da cəmiyyətdə ümumi gərginliyə səbəb olurdu” - deyə ekspert əlavə edib.

Azər Allahverənov bildirib ki, mətbuatda çalışan şəxslər arasında da müəyyən bir ixtisaslaşma olmalıdır.

“Bəzi hallarda olur ki, adi bir sual verir. Sualın dərin izahını verəndə məcbur olursan ki, hələ bir həmin jurnalistin özünü də maarifləndirəsən ki, səhəri gün o bu informasiyanı verəndə həmin informasiya səhv yazılmasın. Çünki səhv yazılan informasiya sonradan tirajlanır. Tirajlanan zaman hansısa hesabatlar da öz əksini tapır. Ona görə də mən hesab edirəm ki, jurnalistlər arasında ixtisaslaşma mütləq olmalıdır. Jurnalist vasitəçidir, mətbuat nümayəndəsi vasitəçidir. Vasitəçilik də dediyim kimi müəyyən ixtisaslaşma və həmin sahənin minimum biliklərə malik olan şəxslər tərəfindən, onların vasitəsilə həyata keçirilməlidir. Belə olduğu təqdirdə informasiyanı düzgün çatdırmaq olur” - deyə o qeyd eidb. Onun sözlərinə görə, mətbuatla bağlı analitik yazılar çox olmalıdır.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »