Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çin qorxur ki, Pelosi qəfildən Tayvana enə bilər"
"Çin qorxur ki, Pelosi qəfildən Tayvana enə bilər"

Çin qorxur ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hələ də "fövqəladə bəhanələrdən" istifadə edərək Tayvana enməyə cəhd edə bilər.

Bizimyol.info xəbər verir ki, Çinli ekspertlərin fikirləri Çin Kommunist Partiyasının nəzarətində olan dövlətə məxsus “Global Times” nəşrinə yer alıb. Belə ki, Çin Xalq Respublikası Pelosinin Asiyaya səfəri zamanı Tayvana "sürpriz səfər etmək cəhdi" ehtimalını düşünür və qeyd edir ki, nə olursa olsun, "Çin hərbi münaqişəyə tam hazır olacaq”.

Çinlilər hesab edirlər ki, Pelosi təyyarənin nasazlığı və ya yanacaq doldurulması bəhanəsi ilə Tayvana enməyə cəhd edərək “riskli və təhlükəli addım atmaq” istəyir. Analitiklər bildiriblər ki, Pelosinin təyyarəsində həqiqətən problem yaranarsa, Çin ordusu təyyarəni qoruya və Çində enişinə icazə verə bilər.

Xatırladaq ki, özünü "Çin Respublikası" adlandıran Tayvan 17 ölkə tərəfindən tanınan dövlətdir, de-yure Tayvan ÇXR-in bir hissəsi hesab edilir. Vətəndaş müharibəsində Mao Zedong kommunist rejimi tərəfindən məğlub edilməzdən əvvəl Çinin bütün ərazisinə nəzarət edirdi. 1949-cu ildən bəri yalnız Tayvana və bir neçə kiçik adaya nəzarət edir. ÇXR Tayvanı özünün əyaləti hesab edir və “dinc yolla birləşmə” arzusunu bəyan edir. Tayvan isə işğal olunarsa, silahlı müqavimət göstərməyə hazır olduğunu bildirir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden may ayında Çinin Tayvanı zorla almağa çalışacağı təqdirdə Vaşinqtonun ordudan istifadə edəcəyini bildirib.

“Biz bir Çin siyasətini dəstəkləyirik, lakin bu o demək deyil ki, Çin Tayvanı ələ keçirmək üçün güc tətbiq etmək yurisdiksiyasına malikdir”,- deyə Bayden Vaşinqtonun mövqeyini izah edib.

İyulun 21-də Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Börns Çinin Tayvanı işğal edəcəyini və Rusiyanın Ukraynadakı təcrübəsinin onu çəkindirə bilməyəcəyini deyib. Çin Xarici İşlər Nazirliyi cavab verib ki, Ukrayna-Rusiya və Tayvan-ÇXR cütlüyündə vəziyyət “kökdən fərqlidir”, ona görə də paralellər aparmaq olmaz.

Amma qeyd etmək lazımdır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya turu çərçivəsində Tayvana səfər etməyi planlaşdırmır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »