Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da böhran böyüyür: Ölkədə bahalaşma davam edir
ABŞ-da böhran böyüyür: Ölkədə bahalaşma davam edir

Co Bayden Amerikada  tənəzzülə səbəb olan  səhvləri gizlətməkdə ittiham edilib.

Bizimyol.info xəbər verir ki, Amerikanın “Fox News” nəşri  qeyd edir ki, ölkə iqtisadiyyatını məhv etmək və onu tənəzzülə sürükləmək üçün Ağ Evin hazırkı rəhbərinin administrasiyasına təxminən il yarım vaxt lazım olub. Üstəlik, hakimiyyət baş verənlərlə bağlı yanlış təsəvvür yaratmaq üçün  onlar “tənəzzül” sözünü gizlətməyə çalışır.

“İndi Bayden administrasiyası tənəzzül içində olduğumuzu etiraf etmək istəmir. Əslində, onlar “demokratiya”, “irqçilik” və “qadın” sözlərinin mənasını dəyişdikləri kimi “tənəzzül” sözünün mənasını da dəyişdilər”,- deyə nəşr qeyd edir.

Nəşr iqtisadiyyatın 2022-ci ilə qədər daraldığını  açıqlayıb. Belə ki,  inflyasiya ən yüksək həddə olduğu halda real əmək haqqı hər zaman aşağı səviyyədədir, lakin Bayden administrasiyası buna məhəl qoymur.

Nəşr 2008-ci ildəki tənəzzüldən əvvəl istehlak qiymətləri indeksinin indiki vəziyyətə bənzər şəkildə yüksəldiyinə, qiymətlərin çökənə qədər artdığına diqqət çəkib. Qeyd edilib ki, məhsul ala bilməyən insanlar üçün yüksək bahalıq var, sonra isə ölkənin ÜDM-i aşağı düşür.

Məqladə bildirilir ki, Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq siqnalları göndərir və qlobal tənəzzülün gələn ildən tez baş verə biləcəyini proqnozlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl nəşr ABŞ prezidenti Co Baydeni öz ölkəsini məhv etməkdə günahlandırmışdı.

“ABŞ sivilizasiya üçün kritik resurslar olan neft və qazla zəngindir. Ancaq birdən nədənsə ABŞ-da ərzaq və enerji çatışmazlığı yarandı və buna görə də onların qiymətləri qalxdı. Bu necə ola bilərdi?” deyə qeyd edilirdi.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »