Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəyə getməyə hazırlaşan Ukrayna taxıl maqnatının müəmmalı ölümü
Türkiyəyə getməyə hazırlaşan Ukrayna taxıl maqnatının müəmmalı ölümü

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Ukraynanın cənubunda yerləşən Nikolayev şəhəri bazar günü intensiv atəşə məruz qaldıqdan sonra Ukrayna taxıl maqnatı və həyat yoldaşı öldürülüb.

Bizimyol.info CNN -ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin öz xalqının Hərbi Dəniz Qüvvələri Günündən istifadə edərək, Rusiyaya zərbə vuran hər kəsə daha militarist təhdidlər səsləndirib.

Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına görə, taxıl maqnatı Aleksiy Vadaturski və həyat yoldaşı Raisa hücum nəticəsində həlak olublar. Vadaturski Ukraynanın ən böyük taxıl istehsalı və ixracı şirkətlərindən biri olan Nikolayvda yerləşən “Nibulon” şirkətinin yaradıcısı olub.

Zelenski bildirib ki, biznesmenin ölümü “Nikolayev və bütün Ukrayna üçün böyük itkidir. 50 ildən artıq karyerası ərzində Oleksiy Vadaturski regionun inkişafına, ölkəmizin kənd təsərrüfatı və gəmiqayırma sənayesinin inkişafına əvəzsiz töhfələr verib”.

Nikolayev meri Oleksandr Senkeviç bildirib ki, kaset bombaları pəncərələri partladıb, eyvanları dağıdıb. "Bu gün Nikolayev kütləvi atəşə məruz qaldı. Yəqin ki, bu, bütün zamanların ən güçlüsü idi", - deyə o, açıqlamasında deyib.

Vadaturski və həyat yoldaşı evdə zirzəmiyə sığınıblar. Amma onlaırn malikanəsi tamamilə dağıdılıb və  öldürülüblər.

Onun qəsdən Rusiya tərəfindən hədəfə alınıb-alınmaması hələ də müəyəyn edilməyib.

Vadaturskinin “Nibulon” şirkətindən verilən açıqlamada onun “əsl qəhrəman və vətənpərvər” olduğu və Rusiyanın bütün işğalı zamanı strateji əhəmiyyətli limana kömək etmək üçün Nikolayevdə qaldığı bildirilib.

Taxıl maqnatı Oleksiy Vadaturski və həyat yoldaşı Raisa bazar günü Rusiyanın Nikolayev şəhərinə hücumu nəticəsində həlak olublar. Oleksiy Vadaturski yaxın günlərdə Türkiyəyə getməyə hazırlaşırdı.

Qeyd edək ki, Sankt-Peterburqda Rusiyanın Hərbi Dəniz Qüvvələri Günü münasibətilə etdiyi çıxışda Putin Rusiyanın Ukraynadakı müharibəsindən heç bir söz deməyib, lakin bildirib ki, ölkəsinin “indiki vəziyyəti çox qətiyyətli addımlar tələb edir”.

"Biz qətiyyətlə və bütün vasitələrlə müdafiəni təmin edəcəyik. Burada əsas məsələ suverenliyimizə və azadlığımıza qəsd etmək qərarına gələn hər kəsə ildırım sürəti ilə cavab verə bilən Hərbi Dəniz Qüvvələrinin imkanlarıdır",- deyə Putin bildirib.

Putin ölkənin "Zirkon" hipersəs qanadlı raket sistemlərinin tədarükünün yaxın aylarda başlayacağını bildirib.

Qeyd edək ki,  Rusiya may ayında “Zirkon” raketini 1000 kilometr (621 mil) məsafədə uğurla sınaqdan keçirdiyini vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »