Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosovodan Serbiya əleyhinə qərar
Kosovodan Serbiya əleyhinə qərar

ABŞ səfiri Jeff Hovenier bu gecə prezident Vjosa Osmani və baş nazir Albin Kurti ilə görüşdən sonra Serbiyaya qarşı şəxsiyyət vəsiqəsi qərarının icrasını 30 gün müddətinə təxirə salmağı təklif etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bunun üzərinə hökumətdən edilən yazılı açıqlamada, Serbiyaya qarşı şəxsiyyət sənədi qarşılıqlı qərarının icrasının 1 sentyabr 2022-ci ilə qədər təxirə salındığı açıqlanıb.

Açıqlamada barrikadaların götürülməsi və yenidən hərəkət azadlığının təmin edilməsi ilə qərarın icrasının 30 gün təxirə salınacağı bildirilib.

Xatrladaq ki, Kosovo Hökumətinin Serb vətəndaşlarına qarşı şəxsiyyəti təsdiq edən sənədləri tanımamaq qərarı serblərin çoxluq təşkil etdiyi Kosovonun şimalında gərginliyin artmasına səbəb oldu.

Serblərin şəhərin mərkəzinə toplaşması üçün sirenlər səsləndi, daha sonra sərhəd qapıları bağlandı, serblər şimalda yollarda barrikadalar qurdular, Kosovo polis qüvvələrinin şimala doğru hərəkət etməsi şimalda gərgin saatlara səbəb oldu.

Qeyd edək ki, Kosovanın serblərin çoxluq təşkil etdiyi şimalında yaranan gərginlikdən sonra NATO-nun sülhməramlı qüvvəsi KFOR, ölkədə sabitliyə təhlükə yaranarsa, ölkənin şimalına müdaxilə etməyə hazır olduğunu açıqlayıb. NATO-nun rəhbərlik etdiyi KFOR missiyası vəziyyəti yaxından izlədiyini bəyan edib və BMT-nin 1999-cu il tarixli 1244 saylı qətnaməsindən irəli gələn mandatına uyğun olaraq sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazır olduğunu bəyan edib.

Kosovonun bütün xalqları üçün təhlükəsiz ətraf mühitin və hərəkət azadlığının təmin edilməsi üçün BMT mandatını gündəlik icra etdiyini xatırladan KFOR, Kosovoda təhlükəsiz mühitin qorunması üçün hər zaman bütün lazımi tədbirləri görəcəyini vurğulayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »