Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Rusiya terrorçu dövlət kimi tanınmalıdır"
Zelenski: "Rusiya terrorçu dövlət kimi tanınmalıdır"

Ukrayna prezidenti Vladimir Zelenski Olenivkadakı hücumda Rusiyanı günahlandırıb və Rusiyanın terrorçu dövlət kimi tanınmalı olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Olenivkada 50 ukraynalı əsirinin ölümü ilə nəticələnən hücumla bağlı açıqlama verən Zelenski bildirib: “Dünya faktları görür. İşğalçıların törətdiyi bu cinayətlə bağlı bütün sübutlar toplanacaq. Bu hücumu kim təsdiqləyib, kim təşkil edib, kim həyata keçirib, hamısı tapılacaq”.

Rusiyanın terror dövləti kimi tanınması lazım olduğunu ifadə edən Zelenski, “dünya ictimaiyyəti terror dövlətinə qarşı hüquqi addımlar atmalıdır. Bu kütləvi qətl üçün siyasi diskurs səviyyəsində qınaq kifayət etmir. Bundan sonra terrorçu ilə hansı münasibət ola bilər? Belə bir ölkə ilə hansı iş görmək olar? Rusiyanın, xüsusən də ABŞ Dövlət Departamenti tərəfindən terrorçu dövlət kimi rəsmi hüquqi tanınması siyasi jest kimi deyil, azad dünyanın effektiv müdafiəsi kimi zəruridir”,-deyə bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Olenivkadakı hücuma görə məsuliyyətin ABŞ və Ukraynada olduğunu iddia edib.

Nazirlikdən bu gün verilən açıqlamada Olenivkadakı hücumla bağlı qərəzsiz araşdırma aparmaq üçün Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmilərinin dəvət edildiyi açıqlanıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »