Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir müəmma: Putinin istefa verən müavini xəstəliyə tutuldu
Daha bir müəmma: Putinin istefa verən müavini xəstəliyə tutuldu

Ukraynanın işğalı ilə əlaqədar Rusiyada istefa verən yüksək vəzifəli şəxslərdən biri, prezident Vladimir Putinin davamlı inkişaf üzrə keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın Avropada “müəmmalı xəstəliyə” tutulduğu və vəziyyətinin ağır olduğu açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Putinə ən yaxın adlardan biri olan və Ukrayna işğalına qarşı çıxaraq postunu tərk edən Çubays sinir sisteminə təsir edən çox nadir rast gəlinən immun pozğunluğu nəticəsində xəstəxanada müalicə olunub. Bildirilib ki, 67 yaşlı Çubays bədənin immun sisteminin səhvən sinir sisteminin bir hissəsinə hücum etdiyi “Guillain-Barre” sindromundan əziyyət çəkir. Onun həyat yoldaşı Avodtya Smirnova deyib ki, dünən Çubaisin əlləri və ayaqları qəfildən tutuldu.

Rusiyalı jurnalist Kseniya Sobçak Telegram hesabından verdiyi açıqlamada mütəxəssislərin Çubaisin otağına baxış keçirdiklərini bildirib.

Məlumat üçün bildirək ki, istefa verdikdən sonra Avropanın naməlum şəhərində məskunlaşan keçmiş rusiyalı məmurun zəhərləndiyi iddiası da müzakirələrə səbəb olub.

Xatırladaq ki, 1990-cı illərdən bəri Kremlin önəmli adlarından biri olan və Putinə yaxınlığı ilə tanınan Çubaysın istefası Rusiyada böyük təsir bağışladı.

Çubays fevralın 24-də Rusiyanın Ukraynaya hücumlarına başladıqdan sonra istefa verən ən yüksək səviyyəli rusiyalı məmur olub. Rusiyalı məmur keçmiş prezident Boris Yeltsinin dövründə postsovet Rusiyasında özəlləşdirmələrin memarı kimi görkəmli sima olub.

Qeyd edək ki, Rusiya bir çox adın, o cümlədən rusiyalı dissident Aleksey Nalavnini zəhərlədiyi iddiaları ilə gündəmə gəlib. Keçmiş rus agenti Aleksandır Litvinenkonun 2006-cı ildə Londonda poloniumdan zəhərlənməsi nəticəsində ölməsi də beynəlxalq ictimaiyyətdə böyük təəssürat yaratmışdı.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »