Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya artıq açıq şəkildə Rusiyanın tərəfinə keçir
Almaniya artıq açıq şəkildə Rusiyanın tərəfinə keçir

Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron Vladimir Putinlə yeni dialoq axtarışında qısa müddət ərzində fikir ayrılığına düşə bilərlər.

Bizimyol.info xəbər verir ki, bu barədə  Amerikanın  “Strateji Mədəniyyət” jurnalında məqalı yer alıb.

Məqalədə qeyd edilir ki,  siyasətçilərin Moskva ilə qarşılıqlı əlaqələr yarada bilməyən Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenlə fikir ayrılığı ola bilər.

“Çox güman ki, tezliklə Brüsseldə Şolz və Von der Leyen arasında mübahisələrin şahidi olacağıq. Makron da Putinlə yeni dialoq axtarışına qoşulacaq”,- deyə məqlaədə bildirilir.

Qeyd edilir ki,  Almaniya artıq Rusiyaya münasibətini dəyişmək istəyi ilə bağlı siqnallar verməyə başlayıb.

Bu yaxınlarda məlum olub ki, Ukrayna üçün nəzərdə tutulan 9 milyard avroluq yardım paketi Berlində gecikdirilib və almanlar da əvvəllər verdikləri vədlərə baxmayaraq, Ukraynaya yardım edən ölkələrə tank göndərə bilməyiblər.

Bir müddət əvvəl isə Polşalı Avropa Parlamentinin deputatı Anna Fotıqa bəyan etmişdi ki, Moskva qazdan silah kimi istifadə edir. Deputat bununla bağlı Avropa Komissiyasını Moskvaya qarşı qətiyyətli addımlar atmağa çağırıb.

“Təəssüf ki, Berlin nəinki bu narahatlıqları bölüşmür, əksinə, Rusiya ilə münasibətləri get-gedə gücləndirir. Onunla sıx tərəfdaşlıq şəraitində enerji dominantlığı siyasəti yeridir ki, bu da bütün Avropaya ziyan vurur”,- deyə deputat bildirib.

O, həmçinin Avropanın təhlükəsizliyinə “xələl gətirdiyi” iddia edilən Rusiya-Almaniya “Şimal axını” layihəsini “daimi olaraq dayandırmağı” zəruri hesab edib-etmədiklərin soruşub: “Rusiyanın qaz sektoru üçün sədrin silah kimi təsvir etdiyi müəyyən texnoloji dəstək tədbirləri avtomatik olaraq ikili istifadə texnologiyalarına dair mövcud sanksiyaların pozulması demək deyilmi? Avropa Komissiyası nə düşünür?”,- deyə o əlavə edib.

Bir müddət əvvəl “Le Monde” nəşri adı açıqlanmayan avropalı diplomata istinadən bildirmişdi ki, Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq etmək imkanlarını tükəndirib.

Belə ki, Avropa İttifaqının qəbul etdiyi yeddinci sanksiyalar paketi əvvəlki altıdan fərqli olaraq heç bir ciddi tədbiri nəzərdə tutmur. Bu, yalnız blokun siyasətini müttəfiqlərinin mövqeyinə uyğunlaşdırmaq məqsədi daşıyır.

Yeni məhdudiyyətlər, ilk növbədə, artıq tətbiq edilmiş məhdudiyyətləri düzəltmək, onları daha effektiv etmək və mümkünsə, onların yan keçməsinin qarşısını almaq üçün nəzərdə tutulub.

Moskvaya qarşı bu son cavab tədbirlərinin digər hədəfi odur ki, Aİ G7-nin qərarlarına qoşulmaq istəyir. Hələ iyunun sonunda "Böyük Yeddilik" Rusiya qızılından imtina edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »