Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə bu gündən Ukrayna taxılını daşımağa başlayacaq
Türkiyə bu gündən Ukrayna taxılını daşımağa başlayacaq

Ukrayna taxılını daşıyan gəmilərin yola düşməsi üçün hər şey hazırdır. Taxıl daşıyan ilk gəmi, yəqin ki, avqustun 1-də Ukrayna limanını tərk edəcək.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Kanal7 telekanalının efirində deyib.

"Gəmilər Odessa limanını tərk etməyə hazırdır. Yəqin ki, ilk gəmi avqustun 1-i səhər limandan çıxacaq",- Kalın deyib. O, bəyan edib ki, Türkiyə tərəfi Ukrayna rəsmiləri ilə daim təmasdadır.

Türkiyə prezidentinin mətbuat katibi qeyd edib ki, gəminin ekipajı və əlaqədar bütün tərəflər gəminin hansı koordinatdan necə çıxacağı, beynəlxalq ərazi sularına girərkən, Türkiyə ərazi sularına girərkən kimin yükləyəcəyi ilə bağlı dəqiq təfərrüata malikdir.

Kalın həmçinin qeyd edib ki, müharibə davam edir və bu, razılaşmanın həyata keçirilməsini təhlükə altına sala bilər.

"Təəssüf ki, müharibə davam edir. Ukrayna düz deyir, biz razılaşmanı ratifikasiya etdik, amma müharibə müxtəlif cəbhələrdə davam edərsə, əsirlər öldürülsə, yük ilişib qalacaq",- deyə Kalın bildirib.

Onun sözlərinə görə, bütün dünya əldə olunan razılaşmaları dəstəkləyir, lakin bu, kifayət deyil. Digər sahələrdə də dəstəyə ehtiyac var.

“Taxıl tədarükü ilə bağlı razılaşmalar uğurla həyata keçirilsə, bunun da sülh danışıqlarının başlanmasına töhfə verməsi istisna olunmur",- deyə o bildirib.

Kalın onu da qeyd edib ki, bu razılaşma əldə edildikdən sonra rahatlaşmamaq lazımdır. "Biz taxılla bağlı bağlanmış sazişi qorumalıyıq. Bu çərçivədə diplomatik təşəbbüslərimiz davam edəcək",- deyə o vurğulayıb.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb.  Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »