Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah Ukraynadan taxıl daşınmasına başlanılır
Sabah Ukraynadan taxıl daşınmasına başlanılır

Ukraynadan taxıl daşıyan ilk gəmi sabah səhər yola düşə bilər.

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Qeyd edək ki, bu gün Türkiyə milli müdafiə naziri Hulusi Akarla Ukrayna müdafiə naziri Oleksey Reznikov və Ukrayna infrastruktur naziri Oleksandr Kubrakov arasında telefon danışığı da olub. Telefon danışığı zamanı Qara dənizdə taxıl daşınması ilə bağlı İstanbuldakı Müştərək Koordinasiya Mərkəzində həyata keçirilən fəaliyyət barədə müzakirə aparılıb. Müzakirələr zamanı bu sahədə texniki işlərin yekunlaşdığı, taxıl daşınmasına qısa müddətdə başlanılmasının planlaşdırılması, Müştərək Koordinasiya Mərkəzində heyətlərin əməkdaşlıq şəraitində çalışmasından məmnunluq ifadə olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »