Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken İsrailin müdafiə naziri ilə bir sıra təhlükəsizlik məsələlərini müzakirə edib
Blinken İsrailin müdafiə naziri ilə bir sıra təhlükəsizlik məsələlərini müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Beni Hansla telefonla danışıb.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

Danışıqların yekunlarına dair açıqlama verən Prays bildirib ki, tərəflər İran və Fələstin-İsrail münaqişəsini müzakirə edib.

Diplomatın sözlərinə görə, Blinken və Hans bir sıra ümumi təhlükəsizlik məsələlərini, o cümlədən İranın yaratdığı təhdidləri, həmçinin ABŞ-ın İsrailin təhlükəsizliyinə dəstəyini müzakirə ediblər.

“Dövlət katibi Blinken administrasiyanın israillilər və fələstinlilərin bərabər təhlükəsizlik, azadlıq və demokratiya şərtlərinə layiq olduğuna inandığını təkrarladı”, - deyə Prays bildirib.

Son xəbərlər
Bütün xəbərlər »