Yunanıstanın xarici işlər naziri fransalı həmkarına Türkiyə ilə bağlı şikayət edib.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias fransalı həmkarı Ketrin Kolonna ilə görüşmək üçün Parisə gedib. Fransada yeni hökumət qurulduqdan sonra ilk səfərdə iki ölkənin nazirlərinin Şərqi Aralıq dənizindəki hadisələr, Ukraynanın Rusiya işğalı və Qərbi Balkanlar, Liviya və Qərbi Afrikadakı hadisələri müzakirə etdikləri açıqlanıb.
İkitərəfli görüşdən sonra iki nazir mətbuataçaıqlama vermək üçün kameralar qarşısına keçib.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias açıqlamasında Avropa həmrəyliyinin əhəmiyyətini vurğulayaraq, fransalı həmkarı Ketrin Kolonnaya “Türkiyə danışıqlarının artması və bölgəni sabitliyi pozan hərəkətlər” və Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı məlumat verdiyini çatdırıb.
Dendias isə, deyib ki, "Biz hadisələri yaxından izləyəcəyik və əmin ola bilərsiniz ki, biz həqiqətən sizin tərəfinizdə olacağıq."
Kolonna Yunanıstanla müttəfiq və dost ölkə olduqlarını, onun suverenliyinə qarşı təhdidlərə qarşı həmrəy olacaqlarını açıq şəkildə ifadə edib. Fransalı nazir deyib ki, yunan həmkarı ona "bölgədə baş verən son hadisələr, Yunanıstanın suverenliyinə təhdidlər və bəzi tərəfdaşlarımızın həyəcan verici bəyanatları" barədə məlumat verib. Yunan mətbuatı burada Türkiyəyə işarə edildiyini iddia edib.
Nikos Dendias vəzifəyə gəldikdən sonra Parisdəki ilk görüşdə Fransa Xarici İşlər Naziri ilə verdiyi ortaq açıqlamalarda Fransaya hər zaman arxasını dönmədən Yunanıstanın yanında olduğu üçün təşəkkür edib.
Dendias Yunanıstan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa da diqqət çəkərək, “Yunanıstan da bizim üçün böyük tərəfdaşdır. Bu yaxınlarda biz müasir “Belharra” freqatlarını almağa qərar vermişik. Fransız Rafales artıq Yunanıstan üzərindən uçur. Fransa sayəsində Yunanıstanın gücü artır”deyib.
İlahin, Bizimyol,info