Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya daha bir ölkənin qazını kəsdi: Kreml Ukraynada çətinə düşüb
Rusiya daha bir ölkənin qazını kəsdi: Kreml Ukraynada çətinə düşüb

Rusiyanın enerji nəhəngi "Qazprom" bildirir ki, Ukrayna ilə bağlı gərginlik fonunda sonuncu Aİ ölkəsi olan Latviyaya qaz tədarükünü dayandırıb.

Bizimyol.info BBC-yə istinadla xəbər verir ki, “Qazprom” Latviyanı satınalma şərtlərini pozmaqda ittiham edib, lakin bu pozuntunun təfərrüatlarını açıqlamayıb. Qeyd edək ki,Latviya təbii qaz idxalında qonşu Rusiyadan asılıdır, lakin qaz onun enerji istehlakının yalnız 26 faizini təşkil edir.

Müşahidəçilər hesab edir ki, Rusiyanın Avropanı qazla şantaj etməsi Ukraynadakı uğursuzluqla bağlıdır. Rusiya artıq müharibəni davam etdirə bilmir. Avropanı qazla şantaj edərək sanksiyaların yumşalmasına nail olmaq istəyir.

Bu arada Ukrayna cənubda böyük strateji şəhər olan Xersondan Rusiya ordusunu sıxışdırıb çıxarmaq üçün səylərini artırıb. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Ukrayna raketləri son günlərdə Dnepr çayı üzərindəki əsas körpüləri zədələdikdən sonra Rusiya qüvvələri Xersonu yenidən təchiz etmək üçün iki ponton körpüsü və bərə sistemi yaradıb.

Aİ ölkələri Rusiyanı Qərbin Ukraynaya müdaxiləsinə görə tətbiq etdiyi genişmiqyaslı sanksiyalara cavab olaraq qaz ixracını dayandırmaqda ittiham edir.

NATO Latviya və onun Baltikyanı qonşuları Estoniya və Litvada qüvvələrini gücləndirib, çünki bu region uzun müddət Rusiya ilə potensial çaxnaşma nöqtəsi kimi görünürdü. Etnik ruslar Baltikyanı ölkələrdə böyük azlıqları təşkil edirlər. Keçmiş Sovet İttifaqının tərkibində olan bu dövlətlər gələn ildən Rusiya qazının idxalını dayandırmağı planlaşdırır.

“Qazprom” çərşənbə günü “Şimal axını” boru kəməri ilə Avropaya qaz tədarükünü kəskin şəkildə - öz gücünün təxminən 20 faizinə qədər azaldıb. Aİ Rusiyanın üzv ölkələrin Qazprom qazına görə avro deyil, rublla ödəməsi tələbini rədd edir. Aİ deyir ki, rubl ödənişləri üçün heç bir müqavilə şərti yoxdur.

Xatırladaq ki, Rusiyanın fevral ayında Ukraynaya təcavüzü və Qərb sanksiyalarının sərtləşdirilməsindən sonra Qazprom rublla ödəniş etmədiyi üçün Bolqarıstan, Finlandiya, Polşa, Danimarka və Hollandiyaya qaz nəqlini dayandırıb. Rusiya Almaniyanın “Shell Energy Europe” şirkətinə də qaz satışını dayandırıb.

Aİ indi Norveç, Qətər və ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) daxil olmaqla, başqa yerlərdən qaz idxalını artırmağa çalışır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »