Ukrayna əsirlərinin ölümünə səbəb olan həbsxana hücumu müharibə cinayətidir.
Bizimyol.info “ The Guardian”nəşrinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski danışıb və BMT-nin bu məsələni araşdırmağa çağırıb.
Ukrayna prezidenti bildirib ki, Donetskdəki həbsxanaya hücum zamanı 50-dən çox adam ölüb. Vladimir Zelenski Rusiyanın işğalı altında olan Donetskdə onlarla ukraynalı hərbi əsirin ölümü ilə nəticələnən həbsxana hücumunu müharibə cinayəti kimi pisləyib.
“Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Mariupoldakı Azovstal polad zavodunu müdafiə edən Azov batalyonunun üzvləri də daxil olmaqla əsir götürülən döyüşçülər Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin təminatları ilə qorunmalı idi. Qırmızı Xaç təşkilatı hücum zamanı həbsxanada olanların səhhətini və vəziyyətini müəyyən etmək üçün giriş tələb etdiyini bildirib. Hazırda bizim prioritetimiz yaralıların həyatını xilas etmək və həyatını itirənləri layiqli şəkildə dəfn etməkdir”,- deyə Zelenski bildirib.
BMT başçısının mətbuat katibinin müavini Fərhan Hak isə bildiirb ki, hücumla bağlı məlumatsız olub.
Rusiya Müdafiə Nazirliyi həbsxanaya hücumda 40 məhbusun öldüyünü, 75 nəfərin yaralandığını bildirsə də, Ukrayna qüvvələrini həbsxanaya ABŞ istehsalı olan Himars raketləri ilə zərbələr endirməkdə ittiham edib.
Xatırladaq ki, Moskva əvvəllər ifrat sağçı qruplarla əlaqəsi olan keçmiş yarımhərbi birləşmə olan Azov batalyonunu “neonasist təşkilat” kimi təsvir edir.
Ukraynanın müdafiə qüvvələri hücuma görə məsuliyyəti qəbul etməyib və bildirilib ki, Rusiya artilleriyası həbsxananı hədəfə alıb ki, orada saxlanılan şəxslərin “işgəncələrə məruz qaldığını və öldürüldüyünü” gizlədə bilsinlər.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın daha əvvəl də “barbar müharibə cinayətləri” törətdiyini bildirib.
Ukraynanın hərbi kəşfiyyatı hücumun “qəsdən törədilən terror aktı” olduğunu bildirib və daxili təhlükəsizlik agentliyi olan Ukryana Təhlükəsizlik Xidməti bu hücumda Rusiyanın məsuliyyət daşıdığını göstərən telefon zənglərini dinlədiyini bildirib.
İlahin, Bizimyol.info