Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropada qaza qənaət əhalinin fikrini dəyişəcək"
"Avropada qaza qənaət əhalinin fikrini dəyişəcək"

Avropa Komissiyasının qaz istehlakını 15 faiz azaltmaq planı reallaşarsa, avropalılar Ukraynanı dəstəkləmək fikrindən əl çəkə bilərlər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaxın Şərq üzrə ekspert, Britaniyanın istefada olan general-leytenantı Saymon Mayall “Times” Radiosunun efirində bildirib.

O, qeyd edib ki, bu halda əhali arasında anti-Rusiya sanksiyalarının effektivliyi ilə bağlı suallar yaranacaq. Mayall bildirib ki, qazla yanaşı, “Köhnə Dünya” taxıl qıtlığı ilə də üzləşir.

“Bəziləri şübhə etməyə başlayıblar ki, biz bütün bunlarl yaşayıb, Ukraynaya dəstəyimizi davam etdirəcəyikmi?”,- deyən Mayall vurğulayıb ki, Avropa Komissiyası qaz qıtlığı fonunda qənaət etməyi təklif edir.

Xatırladaq ki, bir müddət əvvəl Aİ-nin energetika nazirləri birliyə daxil olan bütün ölkələrin 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər qaz tələbatını könüllü olaraq 15 faiz azaltması barədə razılığa gəliblər.

Avropa Komissiyasının müvafiq təklifi Avropa ölkələrinin Rusiyadan gələcək qaz tədarükü ilə bağlı artan narahatlığı ilə əlaqədar ortaya çıxıb.

Eyni zamanda, bəzi dövlətlər güzəştə getməyə razılaşıblar. İrlandiya və Malta kimi Avropanın ada dövlətləri, həmçinin Baltikyanı ölkələr məcburi yanacaq qənaətindən azad edilə bilər.

Bununla yanaşı, bir sıra ölkələr Aİ-nin təşəbbüsünü tənqid edib və hərəkata qoşulmaqdan imtina ediblər.

Xüsusilə Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, bu yolla blok ölkələri müharibə iqtisadiyyatı və tənəzzül yoluna düşmək riski daşıyır. O hesab edir ki, təbii qazın məcburi normaya salınması “müharibə iqtisadiyyatının ilk əlamətidir”.

İspaniya və Portuqaliya da təkliflə razılaşıb. Çünki bu ölkələr Rusiya qazını almayıb. Qazı əsasən Afrikadan və ya LNG terminalları vasitəsilə alırlar.

Qeyd edək ki, əvvəllər “Focus” nəşri almanların odun isitməsinə və Rusiya qazı olmadan ciddi qənaət rejiminə keçəcəyini proqnozlaşdırırdı.

Qeyd olunur ki, Almaniyanın sənayesi və əhalisi üçün Rusiyadan yanacağa kritik asılılıq dövlət üçün qorxulu nəticələr, yoxsulluq və sosial narazılığın artması ilə təhlükə yaradır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »