Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çox yaxında Putin silah və neft arasında seçim etməli olacaq"
"Çox yaxında Putin silah və neft arasında seçim etməli olacaq"

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Rusiyanın ÜDM-nin bu il 10 faiz azalacağını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Borrell Almaniya mediasına müsahibəsində bildirib.

Aİ-nin baş diplomatı Rusiya iqtisadiyyatının hələ də Qərbin sanksiyalarından ciddi zərbə almadığı, Avropa istehlakçılarının isə artıq elektrik enerjisinə görə yüksək ödənişlərin ağır yükünü hiss etmələri ilə bağlı iddiaları rədd edib.

Onun fikrincə, Rusiya qazının istehlakını azaltmaqdan daha vacib olan “Rusiya iqtisadiyyatının bütün dünya ilə əlaqələrini qırmağa” yönəlmiş səylərdir.

Jozep Borrel Jozep Borrel

O, Qərb komponentlərindən istifadə edən Rusiya tanklarına işarə edərək “Rusiya hərbi maşınına təkcə pul deyil, həm də texnologiya lazımdır” deyib.

"Rusiya tankının gövdəsinə baxın. Və siz orada Qərb şirkətlərinin nə qədər elektron komponentlərinin olduğunu görəcəksiniz. Onlara  artıq giriş imkanı olmayacaq",- Borrel bildirib.

Aİ diplomatiya rəhbərinin qeyd etdiyi kimi, bu il Rusiyanın ÜDM-i 10 faiz azalacaq ki, bu da onun fikrincə, “Sovet İttifaqının dağılmasından bəri ən böyük tənəzzülə” gətirib çıxaracaq.

Çox yaxında Rusiya prezidenti Vladimir Putin "silah və neft arasında seçim etməli olacaq" deyə Borell bildirib.

Xatırladaq ki, Borrell Ukraynanın azadlığını və müstəqilliyini qorumaq üçün daha çox silaha ehtiyacı olduğunu və o, bunu alacağını bildirib.

Yeri gəlmişkən, qeyd edək ki,  ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, təxminən 580 Phoenix Ghost pilotsuz təyyarəsi Ukrayna hərbçilərinə təhvil veriləcək.

FreeDom layihəsinin süjetinə görə, rəsmi olaraq dronların xüsusiyyətləri sirr olaraq qalır.

Hərbi ekspert Aleksandr Musienkonun fikrincə, yeni dronlar hədəfi müəyyənləşdirmək və onların məhv edilməsini həyata keçirmək iqtidarındadır.

Phoenix Ghost kamikadze dronunu həqiqətən də gizli adlandırmaq olar, çünki hətta istehsal şirkəti Aevex Aerospace onun xüsusiyyətlərini dərc etməyib.

"Bu, kifayət qədər vacib silah elementidir, pilotsuz təyyarələr və dronlar döyüş meydanlarında çox ciddi rol oynayır - həm düşmənin hədəfini müəyyən etmək, düşmənə atəşi tənzimləmək, həm də düşmənin texnikasını və ya canlı qüvvəsini birbaşa məhv etmək üçün şox önəmlidir",- deyə Musienko bildirib.

Dron infraqırmızı kamera ilə təchiz edilmiş və şaquli olaraq qalxa bilən kamikadze dron olan Switch Blade-ə bənzəyir. Uçuş müddəti təxminən 6 saatdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »