Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Twitterin İlon Maska qarşı iddiasına oktyabrda baxılacaq
Twitterin İlon Maska qarşı iddiasına oktyabrda baxılacaq

Tvitter şirkətinin iş adamı İlon Maska qarşı iddiası üzrə ilk məhkəmə iclası oktyabrın 17-nə təyin olunub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Delaver ştatının məhkəməsi məlumat yayıb.

Məlumatda bildirilir ki, iddia ərizəsi məhkəməyə iyulun 12-də daxil olub. İddiada iş adamıdan Tvitteri 44 milyard dollara almaq barədə öhdəliyinə əməl etmək tələb olunur. Proses 5 gün davam edəcək.

Qeyd edək ki, İlon Mask apreldə Tvitteri alacağını bildirsə də, sonradan bəzi məsələlərdə razılıq əldə olunmadığından qərarını dəyişib.

Tvitter şirkəti məsələləri müzakirə etmək üçün sentyabrın 13-nə səhmdarların ümumi yığıncağını çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »