ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.
APA-nın xəbərinə görə, bu barədə Blinken mətbuat konfransı zamanı bildirib ki, Lavrovla söhbət açıq və səmimi mühitdə keçib. Tərəflər Rusiya və ABŞ-da həbsdə saxlanan vətəndaşların mübadiləsi məsələsini də müzakirə ediblər.
Amerikalı diplomat Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsinin mümkünlüyü barədə Lavrova xəbərdarlıq edib.