Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və Çin prezidentləri arasında telefon danışığı olub
İran və Çin prezidentləri arasında telefon danışığı olub

Tehran və Pekin arasında strateji iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm anlaşmalar əldə olunub.

APA-nın məlumatına görə, İran prezidenti İbrahim Rəisi Çin Xalq Respublikasının sədri Si Cin Pinlə telefonla danışıb.

İran və Çin liderləri bir saatlıq telefon danışığında beynəlxalq və regional hadisələri müzakirə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

İran prezidenti ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini qeyd edib.

Rəisi Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS qrupu kimi regional razılaşmalar kontekstində çoxtərəfli iqtisadi əməkdaşlığın inkişafını alqışlayıb.

Si Cinpin də İran və Çinin beynəlxalq arenada əməkdaşlığını, iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib.

Çin prezidenti Çin-İran əlaqələrinin strateji əhəmiyyətidən, ticarət, iqtisadi, infrastruktur və enerji sahələrində qarşılıqlı əməkdaşlığı gücləndirmək səylərindən danışıb.

Çin lideri qeyd edib ki, iki ölkə arasında 25 illik hərtərəfli əməkdaşlıq sazişi bu istiqamətdə böyük addımdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »