Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ukraynalı hərbi əsirlərin saxlanıldığı Yelenovkadakı həbsxanaya zərbə ilə bağlı BMT-yə çağırış edib.
APA xəbər verir ki, ukraynalı nazir bu barədə "Twitter"də bildirib.
“Azovstal”dan ukraynalı hərbçilərin təxliyəsinə şərait yaratmış BMT-ni Rusiyanı Yelenovka həbsxanasını atəşə tutduğuna görə qətiyyətlə qınamağa və bu dəhşətli cinayətin bütün faktlarını müəyyən etmək üçün əraziyə səfər etməyə çağırıram. Mən həmçinin BQXK-nı ukraynalı bütün hərbi əsirlərin vəziyyətini yoxlamağa çağırıram", - nazir vurğulayıb.