Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldova Rusiyanın hücumuna hazırlaşır: "Kömək istəməli olacağıq"
Moldova Rusiyanın hücumuna hazırlaşır: "Kömək istəməli olacağıq"

Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu son müsahibələrindən birində SSRİ-ni bərpa etmək barədə açıq danışmışdı. Ümumiyyətlə, Kreml rəhbərliyi bu məsələdən söz açmaqda qəbahət görmür. Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqının dağılmasının doğru olmadığını dilə gətirmişdi.

Bizimyol.info xəbər verir ki, Kreml rəhbərliyinin ritorikası dəyişmir. Rusiya ordusunun Ukraynada qələbə qazanacağı halda Moldovaya hücum edəcəyi gözlənilir. Şimal dövləti postsovet ölkələrinə torpaq iddialarını açıq mətnlə deməyə başlayıb.

Moldova özünü Rusiyanın hücumuna hazırlayır. Prezident Maya Sandu bütün ssenarilərə hazır olduqlarını bildirib. Onun firkincə, Rusiyanın hücum ehtimalını ciddi qəbul edirlər.

“Biz ən bədbin ssenariləri də nəzərə alırıq. Rusiya Moldovaya hücum etsə, kömək istəməli olacağıq”.

Maya Sandu Maya Sandu

Sandu fikrini konkretləşdirməyib. Yəni haradan kömək istəyəcəklərini deməyib. Təbii ki, söhbət yalnız Qərbdən gedə bilər. Moldova demokratikləşdikcə avroatlantik zonaya inteqrasiya yolunu tutur. Xüsusilə Sandunun hakimiyyət dönəmində Kremldən uzaqlaşma müşahidə edilir. Bu mənada Rusiyaya yaxın keçmiş prezident İqor Dodonun bir müddət əvvəlki həbsi də təəccüblü görünmür.

Rusiya Ukraynada fevralın 24-də müharibəyə başlayıb. Kreml Kiyev vilayətinə sürətlə daxil olmaq üçün Belarus ərazisindən istifadə etmişdi. Rusiya ordusu paytaxt ətrafında xeyli yaşayış məntəqələrini dağıtmışdı. Buça qırğını zamanı yüzlərlə dinc sakin qətlə yetirilmişdi. Dünya ictimaiyyəti həmin hadisədən sonra Kremlə qarşı daha sərt mövqe göstərməyə başlayıb.

Rusiyanın Ukraynada uğursuzluğa uğradığını demək olar. Azı 40 min rusiyalı hərbçi həyatını itirib. Minlərlə hərbi texnika sıradan çıxıb. Rusiya ordusunda yaralıların sayı 100 min nəfəri keçib.

Kreml qoşunları yalnız bir neçə şəhəri ələ keçirə bilib. Halbuki şimal dövlətinin hakimiyyəti uzağı bir həftəyə Ukraynanın böyük hissəsinə nəzarəti ələ keçirəcəyini düşünürdü. Hərbi ekspertlər yaxın günlərdə cəbhədə Rusiyanın əleyhinə hadisələr baş verəcəyini proqnozlaşdırır. Ukrayna hakimiyyəti ilin sonuna qədər ciddi uğur əldə edəcəyinə əmindir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »