Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 971 vaksin vurulub.

Bu barədə “Bizimyol.info”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 350, ikinci doza vaksinlərin sayı 139 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 267-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 215 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 814 329 təşkil edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »