Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hospitallarında yaralılara yer tapılmır
Rusiya hospitallarında yaralılara yer tapılmır

Rusiya ordusunun Ukrayna müharibəsində itkisi böyükdür. Azı 40 min hərbçi həyatını itirib. Ekspertlər yaralıların daha çox olduğunu ehtimal edir. Təxminən 100 mindən çox rusiyalı hərbçinin döyüş qabiliyyətini itirdiyi hesab olunur.

Bizimyol.info xəbər verir ki, Rusiya hospitallarında yaralılara yer tapılmır. Jurnalist Roman Tsimbalyukun yazdığına görə, Kreml Minskə müraciət etməli olub. Yaralılar dəmiryolu eşelonları ilə Ukraynadan Belarusa daşınır.

Tsimbalyuk yazır ki, ordu rəhbərliyi çox çətin vəziyyətdə qalıb. Yaralıların sayı gözləniləndən dəfələrlə çoxdur. Əvvəllər müvəqqəti sıradan çıxmış hərbçiləri ya hərbi hissələrə və ya hospitalların yataqxanalarına göndərirdilər. Orada hərbi qulluqçu bir az özünə gəlirdi. Sonra yenidən döyüşə yollanmaq olurdu. İndi bu istiqamətdə ciddi sıxıntı yaranıb. Birincisi, tibb müəssisələrində və hospitalların yataqxanalarında yer qalmayıb. Hər yer yaralılarla doludur. İkincisi, yaralanmış hərbçilərin nəzərəçarpan hissəsinin vəziyyəti yaxşı deyil. Onların əksəri döyüş qabiliyyətini itirib.

Çünki yaralar adi güllədən yaranmayıb. Ukrayna ordusu müasir silahlarla güclənib. Dəqiq həmlələr endirilir, hərbçilərin çoxu bədəninin bir hissəsini itirib. Belə olan halda tibb müəssisələrində yataq yerlərinə daha çox ehtiyac yaranır.

Tsimbalyuk əlavə edib ki, yaralıları eşelonlarla aparmaq heç yaxşı nəticə vermir. Yolda onların vəziyyəti daha da pisləşir. Bir çoxu Belarusa çatandan sonra qısa zamanda həyatını itirib.

Böyük Britaniya Müdafiə Nazirliyinin hesablamaları Rusiya ordusunda yaralıların sayının xeyli çox olduğunu üzə çıxarmışdı. Məlum olmuşdu ki, yaralılar ölənləri say baxımından azı üç dəfə geridə qoyur. Bu isə Kreml qoşunlarında sıradan çıxan hərbi qulluqçuların sayının 150 min nəfərə çatdığı deməkdir. Minnesota Universitetinin əməkdaşı Tanişi Fazala müharibədən sonra sıradan çıxanların sayının daha çox olacağını iddia etmişdi. Onun fikrincə, bir sıra döyüşçülərin əmək qabiliyyətini itirməsi müharibədən sonra tam aşkara çıxacaq.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »