Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiyada "Bayraktar" zavodu quracaqmı? - Rəsmi açıqlama
Türkiyə Rusiyada "Bayraktar" zavodu quracaqmı? - Rəsmi açıqlama

Hələlik Türkiyə tərəfi Bayraktar TB2 pilotsuz təyyarələrinin və ya digər PUA-ların Rusiya Federasiyası ilə birgə istehsalı mövzusunu nəzərdən keçirmir.

Bizimyol.info “Hürriyet Ankara” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir deyib.

"Bunun mümkün olduğunu deyə bilmərəm. Gündəmimizə daxil olan və işə başlayan heç bir proses yoxdur",- deyə o bildirib. Dəmir qeyd edib ki, belə bir proses Türkiyə Cümhuriyyətinin siyasəti çərçivəsində formalaşır. “Biz məsələnin texniki tərəfi üzərində işləyirik”,- deyə o əlavə edib.

İyulun 26-da Türkiyə mediası Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinin guya "Baykar" şirkəti ilə əməkdaşlıq təklifi ilə ona müraciət etdiyini dediyini yazıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Vladimir Putin ona Bayraktar hücum dronlarını istehsal edən Türkiyənin “Baykar” şirkəti ilə əməkdaşlıq təklifi ilə müraciət edib. Məlumata görə, Ərdoğan Putinin təklifi ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi icraiyyə komitəsinin iclasında danışıb.

“Putin deyir: “Gəlin Baykarla birlikdə işləyək. Burada “Baykar” fabriki tikə bilərik”",– deyə Ərdoğan bildirib.

Xatırladaq ki, iyulun 19-da pilotsuz təyyarələr istehsal edən “Baykar” şirkətinin icraçı direktoru heç vaxt Rusiya Federasiyasına məhsul tədarük etmədiklərini və etməyəcəklərini açıqlayıb. O qeyd edib ki, Türkiyə ilə Ukrayna uzun illərdir ki, strateji səviyyədə, xüsusilə aerokosmik və müdafiə sahələrində əməkdaşlıq edir.

Bayraktar bildirib ki, Türkiyə Ukraynaya hücum dron texnologiyası ilə dəstək verir, eyni zamanda onlar üçün Ukraynadan mühərriklər alır. O vurğulayıb ki, bu, qarşılıqlı faydalı əməkdaşlıqdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »