Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ rəsmisinin Tayvana səfəri qarşısında Çin ordusu hərəkətə keçib
ABŞ rəsmisinin Tayvana səfəri qarşısında Çin ordusu hərəkətə keçib

Çin Hərbi Dəniz Qüvvələri Cənubi Çin dənizində iki günlük hərbi təlimlərə başlayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Quandun əyalətinin Dəniz Təhlükəsizliyi Administrasiyası məlumat yayıb. Agentliyin məlumatına görə, manevrlər iyulun 29-u və 30-da cənubundakı Quanqdonq əyalətini Haynan adasından ayıran Çionçjou boğazının qərb hissəsində baş tutacaq.

Həmçinin, təlimlər Davanşan adasının cənub-şərqindəki akvatoriyada keçiriləcək. Qarşıdakı manevrlərin digər təfərrüatları açıqlanmır. Qeyd olunur ki, Pekin təlimləri ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiyaya səfəri fonunda keçirilir.

Nensi Pelosi Nensi Pelosi

Bildirilib ki, tur çərçivəsində o, Tayvana səfər edə bilər. Eyni zamanda, NBC mənbəsi Ağ Evin qeyri-müəyyənlik səbəbindən Tayvana səfər ehtimalını şübhə altına aldığını bildirib.

İyulun 26-da Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirmişdi ki, Pelosi Tayvana gəlsə, Çin hərbçiləri boş oturmayacaqlar. Onun sözlərinə görə, amerikalı siyasətçinin səfəri Tayvan boğazında vəziyyəti gərginləşdirəcək.

Xatırladaq ki, Ağ Ev ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 29 iyul başlayacaq Asiya turu çərçivəsində Tayvana səfərini şübhə altına alıb. Bu barədə NBC kanalı məlumat yayıb. Pelosi Yaponiya, Cənubi Koreya, həmçinin Malayziya və Sinqapura səfər edəcək.

Bir müddət əvvəl qeyd edilmişdi ki,  Pentaqon Pelosinin Çindən gələn təhdidlərə görə Tayvana səfər edəcəyi təqdirdə mümkün tədbirlər planı hazırlayır. ABŞ rəsmiləri Çinin Pelosinin təyyarəsinə hücum edə biləcəyinə inanmırlar, lakin nəzarətsizlik və ya anlaşılmazlığın onun təhlükəsizliyinə təhlükə yarada biləcəyini düşünürlər.

Birləşmiş Ştatlar qeyd edib ki, hərbçilər Hind-Sakit okean regionunda qüvvələrin və aktivlərin transferini artıracaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »