Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın Ukrayna taxılını oğurlaması faktını təsdiqləyə bildik" - ABŞ
"Rusiyanın Ukrayna taxılını oğurlaması faktını təsdiqləyə bildik" - ABŞ

ABŞ Rusiyanın Ukrayna taxılını oğurlaması faktını təsdiqləyə bilib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Livanda Ukrayna arpası daşıyan Suriya bayrağı altında üzən gəmi ilə bağlı sualı cavablandırarkən deyib.

Ned Prays Ned Prays

"Hər hansı bir gəmi və ya konkret olaraq bu mesajla bağlı şərh verə bilmərəm. Mən bunu bura gəlməmişdən bir müddət əvvəl görmüşəm. Amma deyə bilərəm ki, biz Rusiyanın Ukraynaya məxsus taxılı oğurlaması faktını təsdiqləyə bildik. Tonlarla Ukrayna taxılı Rusiya gəmilərində beynəlxalq bazara çıxarılıb”,- Dövlət Departamentinin sözçüsü bildirib.

Prays qeyd edib ki, ABŞ Rusiya tərəfindən Ukrayna taxılının oğurlanmasına diqqəti cəlb etməyə çalışır. Bu da  taxılın qlobal bazara sərbəst axınına maneələr yaradır.

"Bu, Cənubi Afrikadan Latın Amerikasına və Hind-Sakit Okean regionunun bəzi hissələrinə qədər bütün dünyada belə dağıdıcı nəticələrə səbəb olan ərzaq təhlükəsizliyi problemini daha da gücləndirən Rusiyanın geniş spektrli hərəkətlərinin bir hissəsidir",- deyə ABŞ Dövlət departament sözçüsü bildirib.

Qeyd edək ki, Ukraynanın Livandakı səfirliyi bildirib ki, Suriya bayrağı altında üzən və Ukrayna arpası ilə yüklənmiş gəmi işğal olunmuş ərazilərdən Liviyanın Tripoli limanına gəlib. Ukraynanın Liviyadakı səfiri İqor Ostaş Livan prezidenti Mişel Aun ilə görüşüb.

O, bildiirb ki, iyulun 27-də Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən ixrac edilən arpanı Feodosiya limanına yükləyən Suriya gəmisinin Tripoli dəniz limanına daxil olmasına diqqət yetirməyi və gəminin Liviyanın ərazi sularında qalma şəraitini öyrənməyi xahiş edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »