Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarpız alarkən zəhərli olub-olmadığını necə müəyyən etmək olar?
Qarpız alarkən zəhərli olub-olmadığını necə müəyyən etmək olar?

Yay mövsümündə  sərinlənmək üçün  çoxu qarpızı seçir.

Çünki 92 faizi sudan ibarət olan bu meyvə  həm susuzluğu yatırır, həm də doydurur. Bu gün yollaırn kənarnda, mağazlaarda  kiloqramı 30-80 qəpiyə satılan  qarpız  bəzən zəhərlənməyə də səbəb ola bilir. Və ən təhlükəlisi budur ki, qarpız zəhərlənməsi digər zəhərlənmələrlə müqayisədə daha ağır olur.

Mütəxəssislərin fikrincə, qarpız yetişdirilərkən istifadə edilən azot gübrələrindən düzgün istifadə edilmədiyi üçün qarpızda nitratın miqdarı arta bilər. Həddindən artıq nitrat qəbulu insan orqanizmi üçün zəhərli ola bilər və tərkibində artıq nitrat olan qarpız yedikdə qida zəhərlənməsi baş verə bilər.

Qarpız zəhərlidirmi?

Qarpız yedikdən ən az 2 saat sonra zəhərlənmə baş verə bilər. Ürəkbulanma, qusma, şiddətli ishal, başgicəllənmə, baş ağrısı, mədə sancısı mşahdiə edilrisə, deməli, zəhərlənmə baş verib.

Qarpız satışı ilə məşğul olan Əli Hüseynovun sözlərinə görə, qarpız satın alarkən və ya kəsərkən onun görünüşüünə baxıb nitratın çox olub-olmadığını müəyyən etmək olar.

“Qarpızı kəsərkən onun qabığı içəridən sarıdırsa, bu o deməkdir ki, qarpızda nitrat çox yüksəkdir. Belə qarpızı yemək zəhrlənməyə səbəb ola bilər.  Ortasında böyük çuxur olan çox böyük qarpızları yeməyin. Qarpızı yeməzdən əvvəl bir stəkan suya qoyub rəngini yoxlayın. Bir stəkan suyun içinə kiçik bir parça qarpız qoyun və rənginin çıxmasını gözləyin.  Əgər suyun rəngi açıq çəhrayı rəngə çevrilirsə, qarpızın nitratı çoxdur. Yeməyin”,- deyə satıcı bildiirb.

Mütəxəssislərin fikrincə, nitrat zəhərlənməsinin patogenezi gübrələrlə doymuş qarpızın həzm sisteminə daxil olması ilə başlayır.

“Siz sadəcə, nitratlarla zəhərlənə bilməzsiniz, qarpız bu barədə təmiz ola bilər, lakin zədələnə bilər - çatlamış, büzülmüş, həddən artıq yetişmiş qarpız təhlükəlidir. Belə şəraitdə patogen mikroorqanizmlər qarpızın şirin pulpasında aktiv şəkildə çoxalmağa başlayır. Həmçinin zəif yuyulmuş qarpız qabığından və ya yuyulmamış əllərdən bağırsaq infeksiyalarının patogenləri pulpaya və ya birbaşa ağıza daxil ola bilər və zəhərlənməyə səbəb ola bilər”.

Bu barədə isə Bbizimyol.info -ya terapevt Mətənət Səfərova danışıb. Onun sözlərinə görə, qarpızdan zəhərlənməsinin müddəti bir çox komponentdən asılıdır: yeyilən miqdar, zəhərli maddənin növü, zəhərlənən şəxsin yaşı və vəziyyəti. Nitrat zəhərlənməsinin ilk əlamətləri orta hesabla iki-altı saat sonra ortaya çıxır.

“Qarpız yedikdən sonra mədədə uyğun olmayan maddəni çıxarmaq üçün ürəkbulanma və qusma, bağırsaqları təmizləmək üçün isə  ishal müşahidə edilir”,- deyə o qeyd edib.

Mütəxəssis bildirib ki, zəhərlənmə zamanı xəstə təmiz su, zəncəfil, yaşıl, qara çay içməli, mədəsi yuyulmalı, ilk gün yeməkdən imtina etməlidir. Həkimin sözlərinə görə, zəhərlənmə zamanı xəstənin vəziyyəti ağırdısa, mütləq xəstəxanaya müraciət etmək laızmdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »