Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibəyə etiraz edən jurnalistin məhkəməsi keçirilib
Müharibəyə etiraz edən jurnalistin məhkəməsi keçirilib

Rusiyalı jurnalist Marina Ovsyannikova Rusiya ordusunu “təhqir etdiyinə” görə cərimələnib.

Bizimyol.info xəbər verir ki, işğal başlayandan az sonra Ovsyannikova əlində müharibə əleyhinə plakatla dövlətə məxsus “Kanal 1” xəbər bülletenində görünüb. Cümə axşamı günü 50 min rubl (təxminən 1400 AZN) cərimə olunan Ovsyannikova məhkəmədə çıxış edərək “Bu məhkəmə absurddur. Müharibə qan, rüsvayçılıq və fəlakətdir”,- deyə etiraz edib.

Martın Əvvəlində Rusiya müharibəni tənqid etməyi cinayət hesab edən qanun qəbul edib. Marina Ovsyannikova da sosial media hesabında müharibəyə başlayanların beynəlxalq məhkəmələrdə mühakimə olunacağını dediyi üçün mməsuliyyətə cəlb edilib.

İşin onu və müharibə əleyhdarlarını qorxutmaq üçün açıldığını bildirən Ovsyannikova “Ancaq məni qorxuda bilmədilər. Mən həmişə olduğu kimi müharibəyə qarşı çıxmağa davam edəcəyəm”,- deyə bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »