Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nişanlımın cəlladının Yeliseydə qarşılanmasına qəzəblənirəm"
"Nişanlımın cəlladının Yeliseydə qarşılanmasına qəzəblənirəm"

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Selmanın Fransa prezidenti Makronla görüşü reaksiyalara səbəb olub. Fransa prezidenti Emmanuel Makron, insan haqları təşkilatlarının reaksiyalarına baxmayaraq, dünən axşam saatlarında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

Bizimyol.info xəbər verir ki, 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda dissident səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsinə razılıq verməkdə ittiham olunan şahzadə Salmanı Parisdəki Yelisey sarayının girişində qarşılayan Makron Səudiyyə şahzadəsini iş yeməyində qonaq edib.

Xatırladaq ki, görüşdən əvvəl üç insan haqları təşkilatı Parisdə Şahzadə Selmana qarşı Qaşıqçının qətli ilə bağlı cinayət işi qaldırıb. Qaşıqçının nişanlısı Hatice Cengiz baş verən son hadisələrlə bağlı dünən Tvitter hesabından paylaşım edərək bildirib: “Nişanlımın cəlladının Yeliseydə mərasimlə qarşılanmasına qəzəblənirəm. Bu utancvericidir”.

Digər tərəfdən, Şahzadə Selmanın Parisdən kənarda Qaşıqçının əmisi oğlu Emad Qaşıqçı tərəfindən 2011-ci ildə tikilən və 2015-ci ildə satın alınan 14-cü Lui qəsrində qalması diqqət çəkib.

Camal Kaşıkçı Camal Qaşıqçı

Onu da əlavə edək ki, Fransa prezidenti Makron ötən ilin dekabrında Qaşıqçı qətlindən sonra Səudiyyə Ərəbistanına səfər edən ilk Qərb lideri olub. Fransa Prezidentliyinin rəsmisi bildirib ki, Makron görüşdə insan haqları məsələsini də gündəmə gətirib.

Qeyd edək ki, Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxiləsindən sonra artan enerji böhranını həll etmək üçün Səudiyyə Ərəbistanı ilə münasibətləri düzəltməyə çalışır və Makron daha əvvəl Səudiyyə Ərəbistanının neft hasilatını artırmasını istədiklərini bildirmişdi.

Son həftələr ərzində Türkiyə də Səudiyyə ərəbistanı ilə münasibətləri bərpa edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »