Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanın Ərdoğan dərdi: Mitsotakis yenə onu hədəf seçdi
Yunanıstanın Ərdoğan dərdi: Mitsotakis yenə onu hədəf seçdi

Türkiyə ilə Yunanıstan arasında son zamanlar artan gərginlik qarşılıqlı sərt bəyanatlarla davam edir.

Bizimyol.info xər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis dünən CNN International-da iştirak etdiyi proqramda Türkiyə ilə münasibətlərə toxunub. Mitsotakis, "NATO və Avropanın ən son istədiyi şey Cənub-Şərqi Avropada qeyri-sabitliyin başqa bir qaynağıdır" deyən Türkiyə ilə problemləri həll etmək istədiklərini bildirib. Beynəlxalq hüquqa riayət etməklə fikir ayrılıqlarını həll edə biləcəklərinə inandıqlarını qeyd edən Miçotakis birbaşa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da tənqid edib.

“İnanıram ki, Türkiyə prezidenti Ərdoğan neo-Osmanlı revizionist fantaziyalarını dirçəltməkdənsə, iflasa uğrayan Türkiyə iqtisadiyyatını dirçəltməyə fokuslanaraq xalqına daha yaxşı xidmət edəcək”, - deyə Yunanıstanın baş naziri bildirib.

Mitsotakis gələn il Yunanıstanda keçiriləcək seçkilərdə yenidən hakimiyyətə gəlmək istəklərini də dilə gətirib.

Xatırladaq ki, Yunanıstan və Türkiyə arasında gərginlik son zamanlar Egeydəki hadisələr və qarşılıqlı bəyanatlarla daha da artıb. May ayında Yunanıstanın baş nazirini hədəf alan Türkiyə prezidenti Ərdoğan “mənim üçün Miçotakis yoxdur” demiş və iki lider keçən ay NATO zirvəsində bir araya gəlməmişdi.

Onu da əlavə edək ki, Yunanıstan prezidenti Katerina Sakellaropoulou, həftənin əvvəlində Yunan mətbuatına verdiyi müsahibədə Türkiyəni Egey və Aralıq dənizində “aqressiv davranmaqda” ittiham edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »